Mahatma Qandinin Bizə Tövsiyyələri

0
7926
Mahatma Qandinin Bizə Tövsiyyələri

Dəyişin; 
Bütün aləmdə hansı dəyişiklikləri görmək istəyirsinizsə, həmin dəyişiklikləri özünüzdə edin. Təkrar edirəm, ilk növbədə özünüzdən başlayın. Əgər dəyişmək istəyiriksə, buna özümüz nümunə olmalıyıq. Əgər siz özünüzdə hər hansı bir dəyişikliyə nail ola bilsəniz, bir çoxları da sizə baxıb dəyişəcək. Hər bir kəs hər hansı bir uğursuzluqda höküməti, cəmiyyəti və s. günahlandıra bilər,amma tək-tük adam tapılar ki, bütün günahları özündə görsün və özü dəyişməyə başlasın...
 
Düzgün suallar verin; 
Sual o zaman daha güclü olur ki, insanların tərəqqisinə xidmət etsin. Düzgün sualları həmişə düz adamlara verin. Həyatın dəyəri verilən sualların dəyərliliyindən birbaşa asılıdır. Siz dəyərli sual verməsəniz, dəyərli cavab ala bilməyəcəksiniz.
 
Həmişə hərəkətdə olun; 
Belə bir fəlsəfi variantı əsas götürmək lazımdır; “ Bugün edəcəyin işi sabaha qoyma”. Sabah ola bilər ki, olmasın, keçmiş isə arxada qalıb. Biz indiki zamanda yaşayırıq, ona görə də “burada və bu saat” prinsipi ilə çalışmalı və fəaliyyət göstərməliyik. “Bizim gələcəyimiz indi görəcəyimiz işlərdən asılıdır.”
 
Bağışlamağı bacarın; 
Zəiflər bağışlaya bilmir. Bağışlamaq güclülərə xasdır. Tez bağışlaya bilmək, zəifliyə dəlalət eləmir. Əksinə, bu ruhən güclu olmağı göstərir.
 
Məsləkinizə diqqət edin; 
Sizin məsləkiniz sizin fikirləriniz olacaq. Sizin fikirləriniz sizin sözləriniz olacaq. Sizin sözləriniz sizin əməlləriniz olacaq, əməlləriniz sizin vərdişləriniz olacaq. Sizin vərdişləriniz sizin qiymətiniz olacaq. Sizin qiymətiniz isə sizin taleyiniz olacaq. Öz gələcəyinizi necə görmək istəyirsinizsə, bu yolda inamla addımlamalısınız və uğur qazanmağa çalışmalısınız. Əgər uğur qazanacağınıza inamınız böyükdürsə, demək, mütləq uğur sizinlədir. Birinci dəfədən alınmasa da,növbəti dəfələr alınacağına daha inamlı olmalısınız.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN