Məhz Bu Gün!

0
2838
Məhz Bu Gün!

«Məhz bu gün.» Bəli bəli, məhz bu gün nə isə edin. Məsələn deyin ki, mən bu gün xoşbəxt olacağam. Niyə mi? Mərhum Sibilla F.Partricin otuz altı il öncə yazdığı həvəsləndirici proqrama görə bu proqrama əməl edərək keçirdiyimiz həyəcan hissinin əksər hissəsini aradan qaldırar və fransızların təbirincə desək, «həyat sevincini» son dərəcə artırarıq — La joie de vivre.


Məhz bu gün.

1. Mən məhz bu gün xoşbəxt olacağam. Bu o deməkdir ki, mən Avraam Linkolnun: "İnsanların əksəriyyəti xoşbəxt olmaq əzmində olduqları həddə qədər xoşbəxtdirlər." mülahizəsini əldə rəhbər tutacağam. Xoşbəxtlik bizim öz daxilimizdədir. O, xarici şəraitin nəticəsi deyildir.
 
2. Məhz bu gün məni əhatə edən həyata uyğunlaşmağa çalışacağam, lakin cəhd göstərməyəcəyəm ki, hər şeyi arzularıma uyğunlaşdırım. Öz ailəmi, öz işimi və öz həyat şəraitimi necə varsa, olduğu kimi qəbul edəcəyəm və onlara uyğunlaşmağa çalışacağam.

3. Məhz bu gün orqanizmimə qayğı göstərəcəyəm. Mən gimnastika ilə məşğul olacaq, öz bədənimin təmizliyi qayğısına qalacaq, düzgün qidalanacaq və çalışacağam ki, öz sağlamlığıma zərər yetirməyim və ona laqeyd qalmayım. Elə olsun ki, mənim bədənim tələblərimi yerinə yetirə biləcək ideal maşın vəziyyətinə düşsün.

4. Məhz bu gün əqlimin inkişafına fikir verəcəyəm. Mən nə isə bir faydalı iş öyrənəcəyəm. Əqli cəhətdən tənbəl olmayacağam. Güc, təfəkkür və diqqətin mərkəzləşməsini tələb edən yazılar oxuyacağam.

5. Məhz bu gün əxlaqi cəhətdən təkmilləşməyimlə məşğul olacağam. Bunun üçün üç işi yerinə yetirməliyəm. O adam özü bilmədən kiməsə, və nədəsə yaxşılıq etməliyəm. Uilyam Cemsin məsləhətinə istinadən sadəcə olaraq mən özüm istəmədiyim heç olmazsa iki önəmli iş icra etməliyəm.

6. Məhz bu gün mən hər kəsə qarşı xeyirxah əhvali-ruhiyyədə olacağam. Çalışacağam ki, mümkün qədər yaxşı görkəmdə olum: mümkün olduqca mənə daha çox yaraşan paltarlarımı geyinəcəyəm, sakit səslə danışacağam, özümü səmimi aparacağam, tərifləməkdə "əliaçıq" olacağam, çalışacağam ki, heç kəsi tənqid etməyim, heç kəsə irad tutmayam və kiməsə münasibətdə özümü rəhbər kimi aparmayım və ya kiminsə səhvlərini tutmağa çalışmayım.

7. Məhz bu gün çalışacağam ki, yalnız bu gün üçün yaşayam, bütün həyati problemlərimin hamısını birdən həllinə çalışmayım. Mən 20 saat ərzində elə naqis işlər törədə bilərəm ki, əgər belə işlərlə bütün ömrüm boyu məşğul olsam belə, onlar məni yenə də dəhşətə gətirmiş olar. Amma mən naqis işləri çalışacağam ki, etməyim.

8. Məhz bu gün görüləsi işlərimin proqramını qeyd edəcəyəm. Hər saat ərzində nə iş görməyə hazırlaşıramsa; onları yazacağam. Ola bilər ki, bunların hamısını proqram üzrə yerinə yetirə bilməyəcəyəm. Bu məni tələskənlikdən və qətiyyətsizlikdən qurtarmış olacaqdır.

9. Məhz bu gün mən yarım saat vaxtımı tənhalıqda sakit keçirəcəyəm və əsəb gərginliklərindən tam azad olmağa çalışacağam.

10. Məhz bu gün mən heç nədən qorxmayacağam, ələlxüsus xoşbəxt olmaq ümidini itirməyəcəyəm, gözəlliklərdən zövq almaqdan və sevməkdən usanmayacağam, kimləri sevirəmsə, onların da məni sevdiklərinə inam bəsləyəcəyəm. Əgər siz istəyirsinizsə ki, özünüzdə sizə sakitlik və nikbinlik bəxş edən xoş əhvali-ruhiyyə yaradasınız, bu qaydanı yerinə yetirin: «Düşünün və özünüzü gülərüzlü aparın və nəticədə siz özünüzü bəxtiyar hiss edəcəksiniz.»
 
Korrektə etdi: Salmanlı Ayna

 

ŞƏRH YAZIN