Motivasiya Edən Qızıl Qaydalar (Ii Hissə)

0
3018
Motivasiya Edən Qızıl Qaydalar (Ii Hissə)

26. İŞƏ BAŞLAMANIN VAXTINI PLANLAŞDIRIN. İşə nə zaman başlayıb nə zaman bitirəcəyinizi bilmək, işin nəticəsində də verimliliyi artırmaqda yardımçı olur. Yalnız məqsəd qurmaq ilə ona çatmaq mümkün deyil. Həmin məqsədə hansı müddət ərzində çatacağınızı da özünüz üçün təyin edib, ona əsasən hərəkət edin.

27. MƏQSƏDLƏR YÜNGÜL OLMAMALIDIR. Nailiyyətlərin daha effektiv olması üçün qarşıya qoyulmuş məqsəd yüngül olmamalıdır. Əgər məqsədinizə çatmaq üçün çox az güc sərf etsəniz, sizin motivasiya çox tez sönəcəkdir. Ən yaxşı məqsdlər onlardırlar ki, bu məqsədlərə çatmaq üçün sizin bütün bacarıq və bilikləriniz maksimum olaraq istifadə olunsun və sizdən yeni bilik və bacarıqların öyrənilməsini tələb etsin.

28. MƏQSƏDLƏRİNİZ REAL OLMALIDIR. Qarşınıza real olmayan məqsədləri qoyub, onlara çata bilməsəniz bu sizi əldən salıb, motivasiyanı sıfıra endirəcəkdir. Məqsədlər asan  olmamalıdır, ancaq real olmalıdırlar.

29. GÖRÜLƏCƏK İŞLƏRİN DƏQİQ PLANINI CIZIN. Qarşıya qoyulmuş məqsədə çatmaq üçün addımbaaddım görüləcək işlərin planını tərtib edin. Uğursuzluğun əsas səbəbi əksər hallarda məqsədə gedən yolda nə edəcəyimizi bilməməyimizdir. İşinizi planlayın və plana əsasən işləyin.

30. AĞIR YÜK ALTINA GİRMƏYİN. Qarşınıza eyni vaxtda həddindən artıq məqsəd qoymayın. Başlanğıcda 2-3 dənə olsa yetər. Həddindən çox vacib məsələlərə vaxt və enerjini ayırmaq ona gətirib çıxaracaq ki, heç bir iş vaxtlı vaxtında və keyfiyyətlə yerinə yetirilməyəcək. Bu zaman sərf edəcəyiniz enerji və vaxt boş yerə sərf olunmuş olacaq.

31. MƏQSƏDƏ DOĞRU HƏRƏKƏTİNİZİ İZLƏYİN. Məqsədinizə çatmaq üçün bir neçə səviyyədən keçməlisiniz və əgər həmin səviyyələri əvvəlcədən planlaşdırmısınızsa, onda hər bir səviyyəni keçdikdən sonra onu özünüz üçün qeyd edin. Bu cür yanaşma məqsədinizə nə qədər yaxınlaşdığınızı göstərərək, sizi motivasiya edəcək.

32. ARZULARIN SİYAHISI. Həyatınızın sonunadək həyata keçirtmək istədiyiniz minimum 10 arzunu yazın. Məsələn – Avropanı səyahət etmək, dəniz kənarında ev almaq, xeyriyyə fondu açmaq və s. Siyahı uzana da bilər. Hər şey sizin özünüzə inamdan və istəyinizdən asılıdır.

33. YADA SALICILAR. Rəngbərəng kağızlarda məqsədlərinizi yazıb, gözünüzün qarşısında olan yerə vura bilərsiniz. Şəkil ilə mümkün olarsa lap əla olar. Ancaq həddindən çox etməyin yoxsa aləm bir-birinə dəyər.

34. ÖZÜNÜZÜ MÜKAFATLANDIRIN. Özünüz üçün mükafat təyin edin. Qarşınıza qoyduğunuz hər bir məqsədə çatdıqda kiçik bir bayram təşkil edin, istirahət edin və ya hədiyyə alın. Ürəyiniz istəyəni özünüz üçün edin. Siz əziyyət çəkib qazanmısınız bunu qeyd etmək lazımdır. Hər məqsədinizə görə özünüzə bir mükafat təyin edin və məqsədinizə çatan kimi, özünüzü mükafatlandırın. Bu cür adət növbəti məqsədləri də yerinə yetirməkdə güclü motivasiya rolunu oynayacaqdır.

35.  NİYƏ MƏHZ BU MƏQSƏDƏ ÇATMAQ İSTƏYİRSİNİZ ?  Özünüzdən soruşun və yazın: “Bunun mənə nə xeyri var?”. Hər bir məqsədiniz üçün bu sualı soruşun. Siz mütləq olaraq özünüz üçün aydınlaşdırmalısınız ki, bu məqsədə çatmaq sizə nə verəcək. Əgər tutarlı cavab tapa bilməsəniz, həmin məqsədinizi cədvəlinizdən silə bilərsiniz.

36. DÜZGÜN SÖZLƏR İSTİFADƏ EDİN. Neqativ və imtinalardan qaçın. “Biz bunun həlli yollarını taparıq” və ya “Mən əminəm ki, bunun öhdəsindən gələ bilərəm” kimi ifadələr istifadə edin. Gündəlik həyatınızda istifadə etdiyiniz sözlərin sizin həyat tərzinizə çox böyük təsiri var.

37. OPTİMİZMƏ CAN ATIN. Mən bir çox insan ilə söhbət etmişəm və əksəriyyətinin fikrincə optimist ilə pessimist arasında heç bir fərq yoxdur. İnanmayın! Nə olrusa olsun optimizmə can ataraq, otimist olmaq lazımdır. İnsanlar bu dünyaya optimist və ya pessimist olaraq gəlmirlər. Yalnız sizin özünüzdən asılıdır, pessimist və ya optimist olmaq.

38. ƏTRAFINIZA NƏZƏR YETİRİN. Sizin ətrafınızda dünyaya açıq aşkar neqativ gözlə baxan insan varmıdır? Onlar sizə necə təsir edirlər? Çox zaman bizim dünyaya baxışımız, bizi əhatə edən insanlardan asılı olur. İşdə və yaxud evdə sizi əhatə edənlər sizin davranış və keyfinizə mənfi təsir edirlərsə gecikmədən lazımi tədbirləri görün.

39. BƏZƏN DƏYİŞİKLİKLƏR ETMƏK VACİBDİR. Özünüzü pis hiss edəndə və yaxud xoşbəxt olmadığınızı anlayanda bunu qəbul edin, ancaq hər şeyi olduğu kimi də saxlamayın. Düşdüyünüz pis haldan çıxmağa tələsin. Lakin bunu boynunuza almasanız və yalandan özünüzü xoşbəxtmişsiniz kimi göstərsəniz çox çətin olacaq. İlk öncə yaranmış problemi qəbul edin, sonra səbəbini axtarıb dərhal hərəkətə keçin.

40. BAŞQALARININ DEDİKLƏRİNƏ QULAQ ASIN. Biz hər zaman özümüz haqqımızda yüksək fikirdə ola bilərik, lakin əslində bu heç də düşündüyümüz kimi olmaya bilər. Yaxınlarınızın, dost və tanışlarınızın davranışınız və sizin haqqınızda dediklərinə qulaq asın. Siz eşitmək istəmədiyiniz sözləri də eşidə bilərsiniz. Lakin əksər hallarda tənqidə qulaq asıb özümüzü düzəltməliyik.

41. HANSI HALDA ÖZÜNÜZÜ PİS HİSS EDİRSİNİZ? Sizə pis təsir edən halları anlayıb, başa düşsəniz onlardan yan keçmək daha asan  olacaqdır. Bu öz növbəsində sizi problemlərdən, ağrılardan və ümidsizlikdən qurtaracaq. Əgər bu cür hallardan hələ qaça bilmirsinizsə, onları müsbət yöndə necə dəyişə biləcəyiniz barədə fikirləşin.

42. HANSI HALLARDA ÖZÜNÜZÜ YAXŞI HİSS EDİRSİNİZ? Bu sizin hal-əhvalınız və davranışınız üçün çox vacib bir sualdır. Bu suala cavab tapandan sonra kefiniz pozulanda “həmin düyməyə” basaraq, əhvalınızı yüksəldə bilərsiniz. Məsələn, mən özümü pis hiss edəndə şokolad haqqında fikirləşirəm. Şokolad alıb yeyən kimi keyfim açılır. Primitiv olsa da bu işləyir.

43. NƏFƏSİNİZİ DƏRİN. Halınız olmayanda və ya yorulanda bir az dincəlin. Qısa bir pauza sizə hər şeyə kənardan baxmağa kömək edəcək və siz yenidən işinizə qayıdanda müsbət enerjili olacaqsınız.

44. YÜZ ÖLÇ, BİR BİÇ. Əvvəl fikirləşin, sonra isə hərəkətə keçin. Nə isə etməmişdən qabaq onun nəticələri barədə fikirləşin. Məsələn, sizin partnyor sizin ziyanınıza bir iş edibsə, təhqir və ya tənqidə keçməyə tələsməyin. Nə edəcəyinizi düşünün. Sonra bir də düşünün və yalnız bundan sonra sizə görə doğru olanı edin.

45. VƏZİYYƏTƏ GÖRƏ HƏRƏKƏT ETMƏYİN, ONA TƏSİR ETMƏYƏ ÇALIŞIN. Əsl optimist ilə pessimistin fərqi bax burdan yaranır. Həyatınızda birbaşa sizə təsir edən bir hal, vəziyyət yaranıbsa, tələsmədən fikirləşin, variantlar, çıxış yolları axtarın və hal-hazırki vəziyyətə uyğun qərarlar qəbul edin. Bu zaman siz düşdüyünüz vəziyyətə təsir etməyə çalışacaqsınız. Yox əgər yaranmış hala reaksiya verərək ona görə hərəkət etsəniz, tələsik qərarlar qəbul edərək, onsuzda yaxşı olmayan vəziyyətinizi daha da pisləşdirmiş olarsınız.

46. QƏDR BİLƏN OLUN. Ətrafınıza baxıb həyatınızın ayrılmaz hissələri olan bütün qiymətli dəyərləri görməyə çalışın: Dostlarınız, ailə, işiniz, eviniz və s. Təkcə bunlar yetər ki, həyata pozitiv baxasınız. Axı nə qədər də özünüzü pis hiss etsəniz hər zaman dəstək tapa biləcəyiniz insanlar var. Vaxtında hər kəsi və hər şeyi qiymətləndirin ki, sonra peşman olmayasınız.

47. HƏR ZAMAN OPTİMİST OLMAQ DA LAZIM DEYİL. Hərdən kədərlənmək də olar. Biz insanıq və pis olmasa yaxşını görə bilmərik. Hər zaman optimist olsaq bu bizi daxilən boşluğa və ya əsəblərimizin korlanmasına gətirib çıxarar. Hərdən elə günlər olur ki, nə edirsən et heç bir iş alınmır və heç bir işə həvəsin olmur. Bu cür hallar tam normaldır və hətta xeyirlidir.

48. FİKİRLƏŞİN. Problemləriniz haqqında ağılla fikirləşin. Əgər emosiyalarınıza sizin hərəkətləri idarə etməyi icazə versəniz, bu cür hallar təkrarlana bilər. İsti-isti verdiyiniz qərarlar sizə görə doğru ola bilər, lakin sonradan onların nəticələri çox pis istiqamətə axın yarada bilər. Hətta problemləriniz də arta bilər.

49. QEYBƏTLƏRƏ BAŞ QOŞMAYIN. Öz ətrafınızda baş verən mənfi fikirli söhbətlərə baş qoşmayın. Əgər görsəniz ki, söhbətin axını o istiqamətdə gedir, sakitcə üzr istəyib ordan uzaqlaşın.

50. GÜNÜNÜZÜ YAXŞI ƏHVAL RUHİYYƏDƏ BAŞLAYIN. Tam enerjili, gülümsəmə ilə oyanın. Alınmır? Heç nə olmaz. Əl-üzünüzü yuyanda güzgüdə özünüzə gülümsəyin. Qarşınızdakı “insan” da sizə cavab olaraq gülümsəyəcək. Ondan sonra keyfiniz qalxacaq. Bu gün sizin çoxlu görüləsi işləriniz var. Həyat qısadır, odur ki, həyatdan maksimum yararlanmağı öyrənməlisiniz. Bu gün və sabah olduğu kimi növbəti hər gün belə etməlisiniz.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN