Tələbələr! Harvard Üsulu İlə Motivasiya Olun!

0
4438
Tələbələr! Harvard Üsulu İlə Motivasiya Olun!

Əgər sən indi yuxuya getsən, əlbəttə, yuxuda öz arzunu görəcəksən. Amma indi oxusan, öz arzunu reallaşdıracaqsan.
Sən düşünürsən ki, hər şey üçün artıq gecdir, lakin hər şey hələ öndədir. 
Öyrənməyin əziyyəti bir müddətlikdir. Savadsızlığın əziyyəti isə həmişəlikdir.
Təhsil vaxt deyil, təhsil çalışqanlıqdır.
Həyat yalnız oxumaqdan ibarət deyil, amma əgər sən həyatın bu mərhələsindən keçməsən, nəyə qadir olduğunu bilməyəcəksən.
Daimi inkişafdan həzz almaq imkanın olacaq.
Hər şeyi ən tez etməyi, güc sərf etməyi, nəticədən bəhrələnməyi öyrən.
Hər bir kəs hər işə özünü çatdıra bilmir, lakin uğur yalnız yüksəlmək və məqsədli olduqda gəlir.
Vaxt heç zaman dayanmır, amma sən heç nə etməsən, vaxt sürətlə yüyürəcək.
Hər kəsdə liderlik var.  Odur ki, hər bir kəs öz sahəsində lider olmağa layiqdir. 
Gələcəyi düşünüb, onun üçün  çalışan insanlar realistdirlər.
Sənin uğurun, birbaşa sənin sürətinlə əlaqədardır.
Bu gün heç zaman təkrarlanmayacaq. 
Hətta indi belə sənin rəqiblərin ağıllı kitablar vərəqləyirlər.
Çətinlik olmasa, gəlir də olmaz.
 
 
Korrektor: Əhmədova Sevinc
 

ŞƏRH YAZIN