Eft-Nin Faydaları

0
2624
Eft-Nin Faydaları

EFT— istər kliniki müalicə tələb etməyən yüngül səviyyədəki ruhi problemlərin, istərsə də gün ərzində yaşanan stress, müxtəlif asılılıqların, narahatlıq, kədər kimi mənfi duyğuların, yuxu pozğunluğu, imtahan həyəcanı, etibarsızlıq, yersiz qorxu kimi problemlərin də kökdən həll edilməsi üçün istifadə edilə biləcək bir üsuldur. İnsanların problemlərindən asılı olaraq müvəffəqiyyət nisbəti 85-97 %-dir.

EFT-nin faydaları nələrdir?
- Fobiya və qorxuların məğlub edilməsi: heyvan qorxusu, əməliyyat qorxusu, qaranlıq və yalnızlıq qorxuları
- Dərslərə diqqətin verilməsi, motivasiya, öyrənmə problemləri və hiperaktivlik. 
- Özünü ifadə etmə çətinliyi, utancaqlıq, danışmamaq problemi
- Performans ilə əlaqədar problemlər. 
- Ailə daxili problemlərin həlli. 
 
EFT  ilə həyatınızın hər bir sahəsində yaranan problemləri həll edə bilər, verəcəyiniz doğru mesaj və təsdiq üsulları ilə yalnız sağlamlığınıza deyil, həm də bolluq və bərəkətə çata bilərsiniz. Stanford Universitetinin məzunu— Gary Craigin 90-cı illərdə inkişaf etdirdiyi bu texnika; rahat tətbiq edilməsi və sadəliyi ilə səhiyyə mütəxəssislərindən müəllimlərə, biznesmenlərdən ev xanımlarına qədər çox geniş bir qrup içərisində istifadə edilir. 
 
 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN