Evdə Orqanik Sabun İşi

0
5994
Evdə Orqanik Sabun İşi

Evdə orqanik sabun İşi

Evlərində hobbi məqsədli sabunlar istehsal edən bir çox insan vardır. Bunun ən yaxşı tərəfi bu hobbinin asanlıqla işə dönüştürülə bilməsidir. Orqanik sabunlar istehsal etməklə əlaqədar təməl məlumatınız varsa heç vaxt itirmədən öz işinizi qura bilərsiniz. Hal-hazırda orqanik sabunlara olan tələb olduqca sıxdır. Bununla birlikdə tanınmış təchizatçı sayı çox olmadığından satış strategiyalarını doğru tətbiq edən kiçik müəssisələr ciddi qazanc təmin etməkdədir. Bu məqalədə sizə bu strategiyalardan bəhs edəcəyik. Orqanik sabunları asanca necə sata biləcəyinizden və az bir sərmayə evinizdən öz işinizi necə qura biləcəyinizi izah edəcəyik.

Orqanik və ya ev istehsalı sabunları hazırlamağın xərci olduqca aşağıdır. Bu səbəblə tək bir sabun qəlibini ucuz bir qiymətdən satarsan asanca kar əldə edə bilərsiniz.

Evdə orqanik sabun işinə necə başlanır?

1 - Əvvəlcə qanunlara uyğun bir firma açmanız olduqca əhəmiyyətlidir. Bu səbəblə əlaqədar rəsmi təşkilatlara müraciət edərək müəssisə sənədi almanız lazımdır. Ayrıca məhsulu ilə bağlı məlumatlılığı artırmaq üçün əl elanları və broşuralar hazırlayacaq bir firmayla anlaşmalısınız. Dostların və ya qohumlarınızla qarşılaşdığınızda bu əl elanlarında və broşuralardan verin. Əl elanları və broşuralar məhsullarınızı tanıtmanın ən iqtisadi yoludur. Professional bir firma vasitəsilə hazırlanmış vizitkalara  da ehtiyacınız olacaq. Firma bilinirliyini artırmanın ən yaxşı yollarından biri vizitkalar paylamaqdır.

2 - Qərar verməniz lazım olan bir başqa mövzu da sabunları hansı

qiymətə  satacağınızdır. Reklam, promosyon və markalama kimi digər xərcləri də əlavə məhsulun ümumi dəyəri hesablayın. Bunu unutmayın ki, eyni anda yalnız tək bir sabun qəlibi istehsal etməycəksiniz. Bu səbəblə bir sabun partiyasının (təxminən qırx əlli sabun) xərcini hesablamalısınız. Bu sizin qazancınızı doğru bir şəkildə hesablamanıza köməkçi olacaq.

3 - Kiçik müəssisələr əl işi sərgilərindən yaxşı gəlir əldə edər. Bununla birlikdə yalnız sərgilərə etibar etməməlisiniz. Orqanik sabunlarınızı satmaq üçün yeni və köklü yerlər tapmalısınız. Yerli dükanlara yaxınlaşa və məhsullarınızı satmaq istəyib istəməyəcəklərini soruşa bilərsiniz. Bu işi ilk dəfə edən biri olaraq işlərinizin nizamlı bir şəkildə davam etməsini istəyirsinizsə dükanlara xüsusi təqdimat qiymətləri verməlisiniz.

4 - Orqaniksabunlarınızı satmanın bir digər yolu da hədiyyə səbəti işinə girməkdir. Hədiyyə səbətlərini sabunlarlar, fırçalar və digər duş məhsullarından qoya bilərsiniz. Digər kiçik miqyaslı müəssisələrlə təmas qurun və müştərilərinə hədiyyə səbətlərinizdən söz etmələrini xahiş edin. Hədiyyə səbətlərinə vizitka qoymağı unutmayın.

5 - Sonuncusu amma ən əhəmiyyətlisi bir internet saytı açmaqdır. Viral marketinq üsulları hər hansı bir xərc etmədən əl istehsalı sabunlarınızı tanıtmanıza köməkçi olacaq. Bundan əlavə daha geniş bir kütləyə çatmanızı təmin edəcək.

 

Evdə iş qurmaq istəyənlərə xüsusi ən cazibədar iş imkanlarını və əlavə gəlir fikirlərini araşdırmaya davam edəcəyik.

Tərcümə etdi: Azayeva Aynurə

ŞƏRH YAZIN