Beyin Həftəsində Oxunması Lazım Olan Kitablar

0
12877
Beyin Həftəsində Oxunması Lazım Olan Kitablar

“Beyin Həftəsin” – də oxunması  lazım olan 5 kitabın siyahısı “bu həftədə” beyninə sərmayə qoymaq istəyənlər üçün hazırlanmışdır. Bu həftə özünüzü toplayın və bu kitabları mütləq oxuyun

Hər şey beyində başlayar.
Yazar: Mümin Sekman.
 
Hər şey beyində başlayar.
Müvəffəqiyyət, xoşbəxtlik, rahatlıq beyindən gəlir.
İnsanın xarakteri, qərarları, taleyi beyində formalaşır.
Bəziləri başdan qazanarkən, bəziləri başdan itirər!
Beyin bədənin 2% - i olsa da, geri qalan 98% - i idarə edir.
Önəmli vəzifəsi olduğu üçün başımızın üstündə yeri var!
Ağılın maşını olan beyin hər kəsə pulsuz verilir!
Çoxumuz onu necə istifadə etmək lazım olduğunu öyrənmirik.
O da başımızın içində, özünə görə çalışır.
Çıxardığı duyğu və düşüncələrin nəticəsini isə biz yaşayırıq.
Biz onu istifadə etməsək də o bizi istifadə edir.
Nə düşünəcəyimizi və nə edəcəyimizi təyin edir.
Bu kitab beynə, beyni izah edir.
Ağlını başına yığmaq və həyatını başdan aşağı dəyişdirmək
istəyənlər üçündür...
 
Güclü Yaddaş
Yazar: Ahmet Yıldız
 
Unutqan insan yoxdur, yaddaşının necə çalışdığını bilməyən insan vardır!...
Araşdırmalar göstərir ki, yaddaşını tərbiyələndirməmiş kəslər öyrəndiklərinin 80% -ni 24 saat içində unudurlar.
Güclü Yaddaş, unutmağı azaltmaq və xatırlamağı çoxaltmaq üçün əhatəli və sistematik bir proqram təqdim edir.
Güclü Yaddaş, beyin gücünü istifadə edərək karyerasında və şəxsi həyatında yüksəlmək istəyənlər üçündür.
Xüsusilə şagirdlər üçün, köməkçi bir qaynaqdır.
 
İnsan Beyni
Yazar: Robert Uinston
 
Kainatın ən kompleks və sirrli obyekti görünüşcə heç də cəzbedici deyil. Mat boz rəngdə bir təbəqəylə(zar) örtülü olan və qıvrımlı bir göbələyi xatırladan bu obyekt əsrarəngizliyi ilə elm adamlarının, filosofların və sənətçilərin əsrlər boyunca marağını çəkmişdir. Bu obyekt, əlbəttə ki insan beynidir.
 
Texnologiya sahəsində baş verən yeni inkişaflar bizlərə beynin insan zehnini necə ortaya çıxardığını anlamaqda köməkçi olur. Artıq beyin dövrələrinin fövqəladə mürəkkəbliyini görə bilir, aşiq olduqda, yalan söylədikdə ya da “Cek Pot” qazandığımızı xəyal etdikdə hansı bölgələrinin enerji xərclədiyini müşahidə edə bilirik. Bu kauçuku xatırladan şəbəkə hörgüsünün milyonlarla hüceyrəsinin içində fövqəladə bir şey var: Siz!
 
Robert Uinston bizləri insan beyninin dərinliklərinə götürərək həyatımızın gedişatını təyin edən duyğularımızın və şəxsiyyətimizin necə olur ki tək bir nöqtədən idarə edildiyini gözlər önünə sərir. Uinston, xatirələrin necə yaradılıb itirildiyini, davamlı dəyişmə halında olan beynin kiçik uşaqların sinir krizlərindən, yetkinlik çağındakı gənclərin depresiyalı hallarına qədər necə məsul olduğunu açıqlayarkən, duyğuüstü hisslər, dejavu və bədən xarici təcrübələrin arxasındakı həqiqəti də ortaya qoyur.
 
Bir tərəfdən ağlımızı necə inkişaf etdirə biləcəyimizin, sahib olduğumuz ancaq heç fərq etmədiyimiz bacarıqlarımızı necə ortaya çıxarıb köhnə vərdişlərimizdən necə xilas olacağımızı və yaşlanarkən beynimizi nə şəkildə qoruyacağımızı kəşf edərkən, digər tərəfdən də böyük bir paradoksla qarşı-qarşıya qalırıq. Çünki insan beynini anlamamızı mümkün edən tək vasitə yenə insan beyninin özüdür.
 
 
Beyninizə Xoş Gəldiniz
Yazar: Sandra Aamodt Sam Wang
 
Nə üçün maşının açarını hara qoyduğumuzu unudarıq ancaq maşını sürməyi heç unutmarıq?
 
Beynimizi həyatımızın hər anında istifadə etməmizə baxmayaraq, çox azımız onun necə iş gördüyü haqqında bilgi sahibiyik. Bildiyimizi düşündüyümüz şeylərin böyük qismi, əslində qulaqdan dolma məlumatlardan ibarətdir. Məsələn beynimizin yalnız 10% - ni  istifadə etdiyimiz ya da içki içmənin beyin hüceyrələrinin ölümünə səbəb olduğu kimi. Halbuki nevrologiya beyinlə əlaqədar bu növ məlumatların doğru olmadığını çoxdan isbat etmişdir.
 
İki məşhur nevroloq, bu kitabda qəzet başlıqlarında gördüyünüz və qatıldığınız dəvətlərdə ayaqüstü söhbətlərinizdə bəhs etdiyiniz mövzuların dərinliyində olan araşdırmaları açıqlayır. Görəsən Motsart dinləmək həqiqətən də körpənizi daha ağıllı edər mı? Riyaziyyat mövzusunda, kişilər həqiqətən də qadınlardan daha mı öndədir? 
Beyninizə Xoş Gəldiniz. Beyni olan hər kəs üçün bir “istifadə qaydaları” olma xüsusiyyəti daşıyır. Bu kitab sizə gərgin vəziyyətlə daha yaxşı necə  baş çıxaracağınızı, bir sıxıntıdan nə zaman narahatlıq keçirmək lazım olduğunu və yaşınız irəliləyərkən beyninizi necə sağlam tutacağınızı izah edəcək.
 
Güclü Beyin
Yazar: Ahmet Yıldız
 
Beyindən təsirli istifadə olunması, Unutmağın qarşısının alınması və Öyrənməyi asanlaşdırmaq metodları.
Diqqət əksikliyi, yuxusuzluq, stress, hirs və şiddət duyğularını düzgün idarə etmənin yolları.
Hər kəsdə var olan, ancaq hər kəs tərəfindən doğru istifadə olunmayan bir gücdür beyin.
Fərq edilməsi, əhəmiyyətinin başa düşülməsi üçün əsrlər keçməsi gərək idi.
Son otuz ildir beyin haqqında daha çox şey bilirik. Amma bu məlumatlar belə okeanda bir damla misalıdır.
Beyin haqqında hər gün yeni məlumatlar, yeni araşdırmalar, yeni məqalələr nümayiş olunur.
Ancaq biz onun haqqında hələ çox az şey bilirik.
Həyatını beyinlə idarə edən "sən", beynin haqqında daha çox məlumat istəyərsən mi?
• Güc sənin içində gizlidir.
• Beynin içində gəzək: Beynin Biologiyası.
• Böyük bir şəhər: Beynin öyrənmə hissələri.
• Beynini rahat burax: Beyni öyrənməyə hazırlama.
• Hər beyin özünə məxsusudur.
• Romantik öyrənmə.
• Beyin necə bir şeydir.
 
 
Tərcümə etdi: Aytən İsmayılova
 

ŞƏRH YAZIN