Rənglərin Ustasından Həyat Dərsi

0
2152
Rənglərin Ustasından Həyat Dərsi

Rənglərin ustası olan bir rəssam şagirdlərinə həyatın ən əhəmiyyətli qaydaları ilə bağlı çox önəmli bir dərs verir.

Rənglərin ustası olaraq bilinən böyük bir rəssamın şagirdi təhsilini tamamlayır.
 
Böyük usta şagirdini yola salarkən, çəkdiyi rəsmi şəhərin ən izdihamlı meydanına aparıb, yanına qırmızı bir qələm qoymasını, xalqdan bəyənmədikləri yerləri işarələmələrini xahiş edən bir yazı qoymasını istədi.
 
Tələbə bir neçə gün sonra şəkilə baxmağa getdiyində şəkilin işarə içində olduğunu görüb kədərlə ustanın yanına getdi.
 
Usta rəssam kədərlənməməsini və yenidən şəkilə davam etməsini təklif etdi. Tələbə rəsmi yenidən çəkməyə başladı.
 
Usta yenə rəsmi şəhərin ən izdihamlı meydanına qoymasını istəyir lakin bu dəfə yanına bir palitra dolusu müxtəlif rənglərdə boya və bir neçə fırça ilə  insanlardan bəyənmədikləri yerləri düzəltməsini xahiş edən bir yazı qoymasını təklif edir.
 
Tələbə bu deyilənləri edir.
 
Bir neçə gün sonra şəklə baxmağa gedərkən görür ki, şəkilinə heç toxunulmayıb.
 
Sevinclə yenə ustanın yanına gedir. Usta şəklə baxıb deyir :
 
"Birincidə insanlara fürsət verildiyi zaman nə qədər mərhəmətsiz bir tənqid yağış ilə qarşılaşa biləcəyini gördün. Həyatı boyu rəsm çəkməmiş insanlar belə gəlib sənin rəsmini qaraladı. Ikincidə onlardan rəssam olmalarını istədin. Rəssam olmaq təhsil tələb edir. Heç kəs bilmədiyi bir mövzunu düzəltməyə cəsarət etmədi. Əməyinin qarşılığını, nə etdiyindən xəbəri olmayan insanlardan ala bilməzsən. Heç vaxt əməyini, bilməyənlərə  təqdim etmə və əsla bilməyənlə mübahisə eləmə!"
 
 
Tərcümə etdi: Aytən İsmayılova

ŞƏRH YAZIN