Trans Nədir?

0
4838
Trans Nədir?

Bir gün getdiyim bir klubda ətrafdan bir adamın mənə baxdığını gördüm. Onun baxışlarına diqqət edəndə mənə baxmadığını, boş baxdığını və nəsə düşündüyünü anladım. Bir az sonra özü bunu hiss edərək transdan çıxdı və başqa bir masaya doğru yönəldi.


Bu vəziyyətdə o adam mənə baxdığı halda məni görmür, ətrafındakı səsləri eşitmir, əsən küləyi belə hiss etmirdi (zənnimcə). Çünki özü tamamilə öz dünyasında idi və diqqət mərkəzi də öz içinə dönmüşdü.

Başqa bir trans şəkli də sevməkdir . Sevgi bəlkə də ən gözəl transdır. Sevgililər bir müddət hər şeyi öz istədikləri kimi görərlər. Hətta mübarizə və ağrılardan belə zövq alar və bu cəhətlərini görməzlər. Daha sonra trans vəziyyəti itdiyində bir-birlərinin səsinə və görünüşünə belə dözə bilməzlər. 

Gənclik dövrümdə, bir tətil bölgəsində aşiq olduğum və az qala hər həftə onu görmək üçün Ankaraya getdiyim, birlikdə olduğum müddətdə yanında olanda çətinliklə danışa bildiyim sevgilimlə köhnə xatirələri təkrar yaşamaq üçün bir müddət sonra təkrar görüşdük və bu zaman məni çox çaşdıran bir şeyi fərq etdim. Sevgilimin ayaqları çox böyük idi və mən buna daha əvvəl fikir verməmişdim
 
Transa bir dəfə girəndə bəzən çıxmaq çətin olur. Və bəziləri bizə çox təsir edir. Məsələn bir şənlikdə sevmədiyimiz və bizim üçün mənfi düşünən birini gördükdə bütün kefimiz qaçar. Bir adam bir anda bütün psixologiyamızı alt-üst edər. Artıq özümüzü o mühitdən mücərrədlər və beynimizdə onunla zidd düşərik. Musiqini duymarıq, insanları görmərik, bəlkə də yediyimiz divana dadını və sayını hətta dadını hatırlamayız belə.

Zövq aldığımız bir tətil bizim üçün tez keçmiş kimi gəlir. Sanki zaman sürətlənmiş və hər şey bir anda olmuş kimi gələrkən stomatoloq kreslosunda ya da doğum gözləyərkən yarım saat belə bizim üçün bir əsr kimi gələ bilər.

Əgər özünüzü mənfi vəziyyətdə tapırsınızsa və bu cür translara girirsinizsə edəcəyiniz şey sizi o vəziyyətə salan məqamları tapmaqdır. Sizi mənfi hala salan şey nədir?

Bu bir səs, görüntü və ya bir hiss ola bilərmi? Bu görüntü, səs və ya duyğu öz başınızdamı meydana gəlir, yoxsa kənardanmı qaynaqlanır? Əgər sizi bu cür transa aparan səbəbləri tapsanız asanlıqla ondan xilas ola bilərsiniz. Reklamlarda, hər hansı bir şeyi satın almağa ya da bir şeyi qəbul etməyə dəvət edildiyinizdə bu dəfə diqqət yetirin. O mesajlar (görünüş, səs, his, qoxu, dad) nə söyləyir və onlar sizlərə nələr deyir. Bu vəziyyətdə bir hipnotist olmadığı halda transa girə bilərsiniz. Məsələn, siyasətçilər, liderlər, falçılar, TV spikeri, xəbərlər bizləri transdan transa salırlar.

Burada əhəmiyyətli olan transın ölçüsüdür. Əgər transtan zövq alırsınızsa ona davam edə bilərsiniz. Yox əgər sizə acı verir və həyatınızı sizdən alırsa dur deyə bilərsiniz. Unutmayın trans siz deyilsiniz.

O içinə girib çıxdığımız bir vəziyyətdir. Transdan çıxmaq üçün xarici dünyaya fokuslanın və ya vəziyyəti dəyişdirin. Bəzi transların müsbət səbəbləri vardır və bizlərin diqqətini problemlərə, ya da bəzi mövzulara çəkməyə çalışırlar. Bütün translar pis deyil.

Əgər problemlər həll edilməyi tələb edirsə şüursuz şüurunuz (unconscious mind) diqqətinizi oraya çəkərək sizi xəbərdar edir.  İçində olduğunuz transın müsbətmi yoxsa mənfimi olduğunu isə şüursuz şüurunuz yəni içinizdəki səs sizə xəbər verəcəkdir. O səsi çölə atmayın. Ona diqqət yetirin. O sizə nə etməniz lazım olduğu mövzusunda yol göstərir. Başqa bir deyişlə,, o, bizlərin ən qiymətli dostumuz və rəhbərimizdir.

ŞƏRH YAZIN