At Ferması

0
6051
At Ferması

İkinci sinifdə oxuyarkən, müəllimi sinifdə hər kəsdən böyüdüyü zaman nə olmaq və nə etmək istədiyi mövzusunda bir inşa yazmasını istədi..

Uşaq bütün gecə oturub, gələcəkdə at fermasına sahib olmağı hədəflədiyini izah edən 7 səhifəlik bir inşa yazdı. Xəyalını ən incə detallarıyla izah etdi. Hətta, xəyalındakı 200 hektarlıq fermanın layihəsin də cızdı. Binaların, axırların və qaçış yollarının yerlərini göstərdi. Layihəyə, 200 hektarlıq ərazidə yerləşən 1000 kvadrat metrlik evin detallı planını da əlavə etdi.

Sabahısı gün müəlliminə təqdim etdiyi 7 səhifəlik tapşırıq, tam ürəyinin səsi idi.. İki gün sonra tapşırığı geri götürdü. Kağızın üzərində qırmızı qələmlə yazılmış böyük bir \"2\" və \"Dərsdən sonra məni gör\" xəbərdarlığı vardı.

"Niyə "2" yazmısınız?" - deyə uşaq, müəllimindən maraqla soruşdu.

"Bu sənin yaşında bir uşaq üçün həqiqi olmayan bir xəyaldı" - dedi, müəllimi. -"Pulun yoxdur, sadə bir ailədə böyüyürsən. Maddi vəziyyətiniz zəifdir. At ferması qurmaq böyük pul tələb edir. Əvvəl ərazini satın almalısan. Damazlık heyvanlar da almağın lazımdır. Bunu bacarmağın qeyri-mümkündür". Sonra bir qədər düşünərək əlavə etdi:

-Əgər, tapşırığını həqiqi hədəflər təyin edərək, sonra yenidən yazarsansa, o zaman inşanı yenidən nəzərdən keçirərəm.

Uşaq evinə döndü və uzun-uzun düşündü. Atası ilə məsləhətləşdi.

"Oğlum," - dedi atası,- "Bu mövzuda qərarını özün verməlisən. Bu sənin həyatın üçün olduqca vacib bir seçimdir!."

Uşaq bir həftə qədər düşündükdən sonra tapşırığını heç bir dəyişklik etmədən geri apardı müəlliminə:

-Siz verdiyiniz qiyməti dəyişdirməyin, -  dedi - Mən də xəyallarımı...

 

 

ŞƏRH YAZIN