Çubuqdan At

0
4534
Çubuqdan At

Ata və iki kiçik övladı günlərin bir günü meşəyə gəzintiyə çıxır. Bir müddət gəzişdikdən sonra uşaqlardan biri “Ata çox yorulmuşam” deyir. “Məni qucağına ala bilərsən?”

Ata oğluna cavab verir:

“Oğlum səni qucağıma ala bilmərəm. Mən də çox yorulmuşam”

Oğul cavabı bəyənməyib ağlamağa başlayır. Ata heç nə demədən ağacdan bir budaq kəsir. Bıçaqla budağı düzəldir. Oğluna uzadıb “Al bala bu da sənə gözəl at”deyir.

Uşağın gözləri sevincdən ışıldayır. Böyük sevinclə ata minir və səs sala-sala evə tərəf qaçmağa başlayır.

Ata onlara təəccüblə baxan qızına sarı dönüb:

“Bax həyat budur qızım” deyir.“Bəzən çox yorulanda, səni həyata bağlayan bir şey axtarırsan”.

ŞƏRH YAZIN