Dünyanın Ən Ağıllı Uşağı

0
16384
Dünyanın Ən Ağıllı Uşağı

Bir nəfər üzünü qırxdırmaq üçün gəldiyi bərbərdə maraqlı söhbətə dalır. Elə söhbətin şirin yerində bərbərin gözü qapının ağzından keçən üstü-başı sökülmüş uşağa sataşır. Bərbər iş adamının qulağına əyilib:

— "Bu uşağı görürsən,dünyanın ən axmaq uşağıdır. İnanmırsan bax", – deyə pıçıldayır. 

Bərbər bunu deyib uşağı yanına çağırır. Uşaq sakitcə bərbərxanaya girir. Üzündə axmaq bir təbəssüm var. Salamlaşdıqdan sonra bir tərəfdə dayanır. Bərbər bir əlində beşlik, bir əlində onluq ona yaxınlaşır və:

— "Hansını istəyirsənsə, götürə bilərsən", – deyir. 

Uşaq bir beşliyə, bir onluğa baxır, sonra da beşliyi götürüb sürətlə bərbərxanadan çıxır. Bərbər üzünü müştərisinə tutub:

— "Gördün? Mən sənə demişdim axı.." – deyə gülür. 

Bir azdan iş adamı üzünü qırxdırıb küçəyə çıxır və biraz irəlidə öz-özünə oynayan uşağı görür. Yanına gedib niyə onluğu yox, beşliyi götürdüyünü soruşur. Uşaq bu dəfə heç də axmaq olmayan bir təbəssümlə: 

— "Əgər onluğu götürsəm,onda oyun bitər!" – deyə cavab verir.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN