Özünü Toyuq Zənn Edən Qartal

0
10035
Özünü Toyuq Zənn Edən Qartal

Bir zamanlar, böyük bir dağda qartallar yuva qurarlarmış.
Bir qartal da 4 dənə yumurtası ilə bu dağda yaşayırmış. Bir gün zəlzələ baş verdi və yumurtalardan biri dağdan sürüşərək vadidəki toyuq hininə qədər enmiş.
Toyuqlar, bu fərqli və normaldan böyük yumurtaya sahib çıxmağa qərar vermişlər. Yaşlı bir toyuq bu yumurtanı və içindən çıxacaq balanı öz qoruması altına almış.
Bir gün, kiçik qartal yumurtadan çıxaraq dünyaya gözünü açmış. Ətrafında toyuqları görərək özünü bir toyuq zənn edir. Bütün toyuqlar da ona bir toyuq kimi davranmışdılar. Qartal toyuqlardan ibarət ailəsini çox sevsə də,  amma bəzən daxilindən "mən kiməm? sualı keçirmiş.
Birgün fermada oyun oynayarken, yuxarı baxdığında bir qrup qartalın azad şəkildə uçduqlarını görür. "Aman allahım, nə qədər gözəl uçurlar. Mən də onlar kimi uçmağı çox istərdim" demiş. Toyuqlar, bu düşüncəyə həmişə birlikdə gülmüşlər və "sən bir toyuqsan və toyuqlar uça bilmirlər" demişlər.
Kiçik qartal, artıq daha tez-tez səmaya baxır və uçan qartallar kimi uçmaq, azad olmaq istəyirmiş. Nə zaman bu düşüncəsindən yoldaşlarına, ailəsinə bahs etsə, həmişə bu cavabı eşidərmiş: "Sən bir toyuqsan. Xəyallarından əl çək"
Zamanla, kiçik qartal da bu düşüncəni qəbul etmişdir. Xəyal qurmaqdan imtina edərək, həyatına bir toyuq kimi yaşamağa qərar vermişdir. Və  həyatının sonuna qədər toyuq kimi yaşamış və ölmüş.
 
Necə biri olduğunu düşünsən, elə də olarsan. Əgər, həyatınızın hər hansı bir zamanında, qartal olma xəyalını qursanız, xəyallarınızı təqib edin... Toyuqların sözlərini deyil!
 
 
 
 
 
 
 
Tərcümə etdi: Zülfiyyə Sərdarova

ŞƏRH YAZIN