Qəmli Şahzadə

0
8916
Qəmli Şahzadə

Ölkələrdən birində, qurda-quşa hökm edən bir padşah var imiş. Günlərin bir günü padşahın bir oğlu olur. Padşah oğlunu o qədər çox sevirmiş ki, əmri altındakı müdriklərə :

Oğlum üçün elə bir şey tapınki, o heç vaxt qəmli olmasın, deyir.Müdriklər baş sındırır, axırda bir sehirli düymə tapırlar. Padşaha gəlib deyirlər:

Dəyərli padşahımız, oğlunuz-vəliəhd sahzədənin göbəyinə bu düyməni yerləşdirəcəyik. Şahzadənin nə vaxt ürəyi sıxılsa, özünü nə vaxt pis hiss eləsə, düyməni saat istiqamətində bir az çevirsin, vaxt dərhal keçəcək, o da heç vaxt qəmli olmayacaq.

Padşah alınan nəticədən çox şad olur.  Bütün müdriklər qızıllar,cariyələr ilə mükafatlandırır.

Sevgili oğlu nə vaxt qəmlənsə, nə vaxt özünü pis hiss etsə, göbəyindəki düyməni saat istiqamətində çevirir və qəmlənmək nədir bilmədən ömrünü keçirirmiş.

Günlərin bir günü padşah xalqına səslənərkən arada bir yanındakı ağ saçlı, ağ saqqalı bir baba ilə danışırmış. Ətrafdakılara maraqlı gəlib ki, bu adan kimdir.Axtarıblar, soraq salıblar, axırda bir baş bilən çıxıb deyib ki:

“Bu qoca adam hər qəmlənəndə  vaxtı cevirən şahzadəmizdir”

 

ŞƏRH YAZIN