Siçan Tələsi ...

0
23627
Siçan Tələsi ...

Bir gün siçan görür ki, fermanın sahibi tələ qoyub. O bu barədə toyuğa, qoyuna və inəyə danışdı. Amma onlar hamısı belə cavab verdilər: «Tələ - bu sənin problemindir, onun bizə heç bir aidiyyati yoxdur»!

Az sonra bu tələyə ilan düşür və fermerin sahibinin arvadını sancır. Onu sağaltmaq üçün toyuqdan şorba hazırlanır. Sonra qoyunu kəsdilər ki, xəstəni görməyə gələn hər kəsi yedizdirsinlər. Və nəhayət, inək kəsildi ki, dəfn mərasimini layiqincə versinlər.

Bütün bu müddət ərzində siçan baş verənlərə divardakı deşikdən baxıb, baş verənləri müşahidə edərək, bəzilərinin heç kimə heç bir adiyyatının olmaması haqda fikirləşirdi.

İbrət: Əgər sizə nəyinsə bir başa dəxli yoxdursa, elə düşünməyin ki, bu nəsə heç vaxt sizin başınıza gələ bilməz.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN