Əlavə Sual Vermə,Beynini İşlət!

0
2181
Əlavə Sual Vermə,Beynini İşlət!

Ətrafımıza dönüb baxdığımız zaman görürük ki,həm sual axtarmayan və həm də axtardıqları suallara uyğun bir cavab tapa bilməyib beynini yormayan insanların sayı getdikcə artır.

Çünki suallar iş dünyası üçün qaçılmaz bir reallıqdır.İşimizlə əlaqədar olaraq,hər gün çoxlu sayda suallarla qarşılaşırıq.Bunların bir qismi sektorlarla,bir qismi istehsal,satış və insan resursları və s. ilə bağlı ola bilir.Bəziləri keçmişdə dəfələrlə qarşılaşdığımız,bəziləri isə ilk dəfə qarşılaşacağımız suallar olur.Tapdığımız cavablar bizə uğur və üstünlüklər gətirə bilir.Cavablandıra bilmədiyimiz suallar isə bizə xərc,uğursuzluq,itki və s. şəklində geri dönür.

Bu günədək bizə asan görünən,ancaq vaxtında və ya doğru insana soruşulmadığı üçün şirkətlərin ağır nəticələrlə üzləşdiyi bir çox belə suala rast gəlmişik.İndi isə gəlin,onların bəziləri ilə tanış olaq.

-İdarə hesabatları kritik qərarlar almağınıza köməklik edirmi? Dəlillərinizi daha doğru və sürətli bir şəkildə bir şəkildə alıb müxtəlif formatlarda yenidən meydana gətirə bilirsinizmi?

-Sizcə,şirkət daxilindəki işlərinizdə çatışmamazlıq neçə faizdir?

-Şirkətinizdə erkən xəbərdarlıq sistemi varmı? Bu sistemdən istifadə edərək,potensial problemləri onlar ortaya çıxarmadan əvvəl təsbit edə bilirsinizmi?

-Şirkətinizdə səmərəsiz iş prosesləri olurmu?

-Şirkət işçilərinin hansı məlumatları qeydə almadan öz başlarında daşıdıqlarını bilirsinizmi?

-Şirkət işçilərinin işdən ayrıldıqları zaman hansı məlumatları özləri ilə apardıqlarını bilirsinizmi?

-Sonuncu dəfə şirkətiniz üçün nə vaxt yaxşılaşdırma layihəsi gördünüz?Bu layihədən şirkətinizin əldə etdiyi qazanc nə oldu?

-Yalnız satarkən deyil,satın alarkən də qazanc əldə edirsinizmi?

-Hansına daha çox üstünlük verirsiniz:İşçiləri daha çox işlətmək,yoxsa daha ağıllı formada işlətmək?

-Hansını edirsiniz:Müştərilərinizin istədiyini,yoxsa ağlına gəlməyəni?

-Hansını izləyirsiniz:Rəqiblərinizin etdiyini,yoxsa edə bilmədiyini?

-Necə böyüyür və inkişaf edirsiniz:Bazarla birlikdə,yoxsa bazara baxmayaraq?

-Hansına üstünlük verirsiniz:Mövcud bazardan pay almağa,yoxsa yeni bazarlar yaratmağa?

-Hansını daha çox edirsiniz:Risk,yoxsa böhran üzərində rəhbərlik?

-Sizdən sonra işinizin uğuru,gələcəyi necə olacaq?Rəhbərlikdə kimlər olacaq?

-Öz şirkətinizin liderisiniz,yoxsa rəhbəri? Bu gün şirkətinizin hansına daha çox ehtiyacı var?

-Keçmişdə sizi uğura doğru aparan şərtlərin bu gün sonunuzu gətirmə ehtimalı nədir?

-Hədəflərinizi necə təyin edirsiniz:Şirkət,insan,yoxsa sektor üzrə?

-Niyə şirkət daxilindəki təklif qutuları həmişə boş qalır?

-Gərgin iş rejimində çalışan işçi heyətinizdən nələri gözlədiyinizi bilirsinizmi?

-Marka,brend olmaq üçün daha çox reklama ehtiyac olduğunu düşünürsünüzmü?

-Şirkətinizdə kim kimi idarə edir:Texnologiya sizi,yoxsa siz texnologiyanı?

-Şirkət işlərini gördüyünüz zaman gün ərzində internetdən nə qədər istifadə edirsiniz?

-Tədarükçü və müştərilərinizi internet vasitəsilə izləyə bilirsinizmi?

-İnsan resursları bazarında şirkətiniz haqqında nə düşünülür? Sizcə,şirkətinizi bir cazibə mərkəzi olaraq,yoxsa işsiz qalmamaq üçün uyğun bir yer olaraqmı görürlər?

-Sizcə,işçilərin öz işlərini tərk etməkdə əsas səbəbləri nələrdir?

-Ən son nə zaman müştəri məmnuniyyəti anketi hazırladınız? Nəticəsi necə oldu?

-Ən son nə zaman işçi məmnuniyyəti anketi hazırladınız?

-Şirkətinizdəki mühasibatlıq və satış işçiləri bir-birilərilə olan qarşılıqlı fəaliyyətlərini təmin etdirə bilirmi?

Bütün bu suallara cavab tapa bilsək, nələrisə vaxtından öncə xilas edə bilərik və şirkətlə işçi arasındakı qarşılıqlı inkişafı təmin edə bilərik.

 

Tərcümə etdi:Nəzrin Məmmədova

ŞƏRH YAZIN