Gənc İdarəçilər Üçün 13 Qızıl Qayda!

0
2128
Gənc İdarəçilər Üçün 13 Qızıl Qayda!

1.Sərhədlərinizi genişləndirin: Həyatda hər bir insanın özü üçün təyin etdiyi sərhədləri vardır.Əhəmiyyətli olan bu sərhədləri geniş tuta bilməyimizdir.Çünki onlar sizin məsuliyyət sahənizi təyin edir.İlk öncə nə istədiyinizi düşünün və bir plan hazırlayın,özünüzə olan güvəninizi itirməyin və ən əsası planlarınıza bağlı qalın!

2.Rəhbər vəzifənizdən şəxsi məqsəd və maraqlarınız üçün istifadə etməyin: Demək olar ki,hər gün televiziya,qəzet və jurnallarda bu tip insanlarla qarşılaşırıq və çox vaxt bu mövzuların  baş qəhrəmanlarının siyasətçilər , sənayeçilər əsgərlər , bələdiyyə başçıları və iş adamları olduğunu öyrənirik.Nümunələri çoxalda bilərik,amma gəlin,öz mövqeyini sui istifadə hallarından uzaq tutan rəhbərlik işçilərinə də nəzər salaq.Siz də onlar kimi öz-özünə yetmək qürurunu yaşaya bilən,güvən duyulan və nümunə göstəriləcək biri olmağa çalışın.Ən əhəmiyyətlisi də budur ki,dürüstlüyünüzü itirməyəcəksiniz.

3.Qərarlarınızı qorxmadan qəbul edin:Rəhbərlik qismində əldə edtdiyiniz ən əhəmiyyətli vasitələrdən biri də düşündüklərinizi həyata keçirə bilməyinizdir.Qərar verməzdən öncə yaxşıca düşünün,məsələn,niyə həmin qərarı aldığınızı özünüzdən soruşun.Edəcəyiniz şey çox sadədir,məsələn,bütün gerçəkləri ortaya qoyun,mənfi və müsbət cəhətləri dəyərləndirin.Təcrübə və üstünlüklərinizi nəzərə alaraq son və önəmli addımı atın!Düşüncələrinizi reallığa çevirin! Unutmayın ki,təcrübə bir eynəkdir və onun sayəsində ikinci dəfə daha yaxşı görürük.

4.Öz sahənizi maraqlandıracaq dəyişiklik və irəliləyişləri izləyin: Öz sahənizlə bağlı nöqsanları aradan qaldırmaq sizin öz əlinizdədir.Yeniliklərə açıq olun və edilən tənqidlər sayəsində özünüzü inkişaf etdirməyi bacarın.Yenilikləri izləməyin ən yaxşı yolu isə çoxlu qəzet,jurnal və kitab oxumaqdır.

5.Lazımi yoxlamalar edin: Özünüzə nəzarət etmək üçün bir nöqtə təyin edin və hər gün yoxlama işi üçün özünüzə bir zaman ayırın.Tapdığınız səhvləri qeyd edin və təkrar nəzarət edin,yoxlamaları kəsməyin.İş və işçiyə edilən nəzarətin ən uyğun zamanı işin səmərəsiz olduğu vaxtlardır.Bazar ertəsi və cümə günü nahardan sonra bunu müşahidə etmək mümkündür.

6.Məsuliyyətin çoxluğu sizi qorxutmasın: Məsuliyyətli olmaq sizə qərar qəbul etməyi öyrədir və buna qarşılıq olaraq,həm güvən,həm hörmət və həm də dəstək qazanırsınız.

a)öz məsuliyyətlərinizi bilin;

b)qərarlı və sabit olun;

c)səhvlərinizi qəbul edin;

d)tənqidləri qəbul edin;

e)işinizdəyüksəlmək istədiyinizi ətrafınıza bildirin.

7.İşçilərə tapşırdığınız işin məsuliyyətindən əmin olun: Lazımsız işlərlə işçiləri yükləməyin və unutmayın ki.hər kəsin bir tutumu vardır.TapşırCğınız işi işçiyə əmr şəklində deyil,xahiş olaraq bildirin.

8.Detallara ilişib qalmayın: Yaxşı bir idarəçi məsuliyyətdən qorxmaz və detallara çox vaxt sərf etməz.Əgər işçinizə məsuliyyət yükləməyi bacarsanız,nələrə qadir olduqlarını özləri görəcəklər və siz də onlara bir fürsət vermiş olacaqsınız.Məqsədiniz nəzarəti əldən vermədən sərbəstliyi təmin etmək olmalıdır.Beləcə,hər iki tərəf də qazanacaqdır.

9.Özünüzü tənqid edin: Hər mərhələdə özünüzə qarşı dürüst olun və özünüzü tənqid edin.Beləliklə,zəif və güclü tərəflər üzə çıxacaq.Çatışmazlıqlar tamamlanacaq və güclü yönləriniz daha da güclənəckdir.

10.İşçilərin şikayətlərinə əhəmiyyət verin: İşçilərinizə verdiyiniz diqqət sizlərə sevgi,hörmət olaraq geri dönəcəkdir.Hər bir problemi dinləmək və həll yolları tapmaq sizin vəzifənizdir.Məhz buna görə də səbr və anlayışın işin qızıl qaydası olduğunu unutmayın!

11.İşçilərin təkliflərini dinləyin: Təklif və yardımlara müraciət etdiyiniz zaman yeni qabiliyyətlər üzə çıxmış olacaq və edəcəyiniz fikir mübadiləsi sayəsində işçilər əhəmiyyətli olduqlarını hiss edəcəklər.Beləcə,hər zaman sizin üçün əllərindən gələnin ən yaxşısını etməyə hazır olacaqlar.

12.İşçilərə yardımlaşma duyğusunu yaşadın: Əgər siz onlara köməklik etsəniz,onlar da sizə eyni qarşılığı verəcək və sizinlə iş ortağı olacaqlar.Onlara rəhbərliyin bir parçası olduqlarını hiss etdirin,qərar qəbul etməkdə onlara köməklik edin və yığıncaqlarda iştiraklarına lazımi şəraiti yaradın.

13.İşçilərinizə yaxşı nümunə olun: Siz özünüz rəhbər işçi olaraq,onlara nümunə olcaq birisiniz,çünki bir gün onlar da sizin karyeranıza yiyələnmək istəyəcək.Siz nə qədər müsbət davranışlar göstərsəniz,onlar da eyni şeyləri etməyə çalışacaq və nizam-intizamlı olacaqlar.

 

 

Tərcümə etdi:Nəzrin Məmmədova

 

 

 

 

ŞƏRH YAZIN