İş Etikası

0
1560
İş Etikası

Şirkətlərin böyüdüyü,işçi sayının artdığı və bununla bağlı olaraq,bəzi şöbələrdə istər ünsiyyət,istərsə də öz yaşından irəli gələn bəzi problemlərdən dolayı,idarəçi və bu tip fərdlər arasında konfliktlər yarana bilir.Xüsusi bir quruma çevrilməyən,ya da birdən-birə böyüyüb inkişaf etmiş bir çox təşkilatda qaydaların və şirkət daxili şöbələrin düzgün müəyyənləşdirilmədiyi zaman bir sıra ciddi problemlər yarana bilir və şirkət işçiləri narahatçılıq,çaxnaşma və istismarla üzləşir.

Etika -həqiqi mənada dəyişməyən bir anlayış silsiləsidir və bu söz dünyanın hər yerində eyni düşüncələri(yaxşını pisdən,doğrunu səhvdən ayıran dəyərlər)ifadə edir.

Gəlin, sağlam iş siyasətini tamamlayan etaplarla tanış olaq:

1.Sağlam bir məşğulluq siyasəti;

2.doğru iş,doğru işçi;

3.şöbələrin müəyyənləşdirilməsi və bölgüsü;

4.vəzifə tərifləri;

5.departament daxili və müəssisələrarası məlumat alış-verişi və şəffaflıq;

6.təhlükəsizlik(departament işçiləri və müəssisələrarası güvən)

7.təhsil;

8.şəffaf ödəniş siyasəti;

9.yoxlama;

10.motivasiya və ictimai nəaliyyətlər...

Bu mərhələlər lazım gəldiyi zaman öz yerini  dəyişə də bilər və daha yeniləri əlavə oluna bilər,ancaq bunlardan birinin yoxluğu çarxın çox çətinliklə fırlanmağına yol açacaq və nəticə etibarilə bir çox problemin xroniki hal almağına səbəb olacaq.

Departament daxili və müəssisələrarası şəffaflıq,güvən yaranmadığı zaman korrupsiya,hörmətsizlik,işə mane törədən rəqabət və ciddi mənada şəxsi mənafe qarşıdurmaları yaşanacaq.

İş və işçi təhlükəsizliyilə bağlı problemlər yarandıqda iş prosesində ciddi enişlər müşahidə ediləcək,əmək,zaman itkisi vəs. kimi arzuolunmaz hallar baş verəcək və qanuni problemlər yaşanacaq.

Sağlam məşğulluq siyasətinə sahib olmayan şirkətlər öz varlıqlarını dərk edə bilmir və sanki baqqal dəftərindən istifadə edən kiçik müəssisə zehniyyətini daşıyır və bu cür davam edilərsə,öz işçilərini belə məmnun edə bilməyəcəklər.

Yoxlama aparılmayan şirkətlərdə kimin nə etdiyi bəlli olmadığından nəticələr ürəkağrıdıcı olacaqdır.

Motivasiya və ictimai fəaliyyətlər şirkət işçilərinin öz işlərindən daha möhkəm yapışacağını və səylə çalışacağını göstərəcək.

Bu səbəblərdən dolayı,iş etikası anlayışını əxlaqi və ictimai dəyərlərlə qarışdırmaq yerinə, qeydə alınan etaplara uyğun hərəkət etmək lazımdır.

 

Tərcümə etdi:NəzrinMəmmədova

ŞƏRH YAZIN