İşçi Məmnuniyyəti Anketi

0
2891
İşçi Məmnuniyyəti Anketi

Yaxın dünya tarixinə nəzər saldığımız zaman işçi “məmnuniyyəti” anlayışının iş dünyasına 1930-cu illərdə daxil olduğunu görürük.

İşçi məmnuniyyəti ölçüsünün şirkətə qazandırdıqları nələrdir?

Bu ölçü şirkətdən şirkətə dəyişilir.Şirkətin sektoru,miqyası,coğrafiyası,rəqabətin mühiti,müştəri xidməti,işçilərin gözləntiləri , rəhbərliyin hədəfləri,korparativ mədəniyyət və daha çox sayda parametr işçi məmnuniyyəti analizinin şirkətə olan qatqısına dəyişik nisbətlərdə təsir edir.

Doğru məlumatlar əldə etmək: Bir idarəçinin şirkət daxilində doğru qərarlar qəbul etmək üçün lazım olan məlumatları əldə etməyi mütləqdir.Şirkət rəhbərliyi işçi məmnuniyyəti anketini təyin etmək üçün fərdi duyğu,müşahidə,dedi-qodu,şikayət və s.kimi proseslərdənsə,sənaye qaydaları və standart tətbiq formalarından istifadə etməklə, daha sistematik şəkildə konkret və dəqiq məlumatlara istiqamətlənərək məqsədə çata bilirlər.

Məhsuldar işçi,qazanclı şirkət: İdarəçilər doğru məlumatlara əsaslanaraq,alınan qərarlar nəticəsində tutduqları hədəfə mərkəzli və konkret irəliləyişlər etdikdə, iş standartlarının yüksəlməsi və bunlara istinadən rəhbərliyin möhtərəmliyinin və işçilərin şəxsi motivasiyasının artması gözlənilir.Bu mərhələdən sonra sistem məhsuldar işçilər üçün yol açır.Məhsuldar işçilər şirkətə gəlir gətirir,əldə olunan gəlir isə iş standartlarının daha da yüksəlməsini təmin edir.Nəticə etibarı ilə bütün bu proseslər davamlı və ardıcıl olaraq inkişaf edərsə,şirkət mütləq müvəffəqiyyət əldə edəcəkdir.

 

Tərcümə etdi:Nəzrin Məmmədova

ŞƏRH YAZIN