Mən Şirkətimi Çox Sevirəm!

0
1822
Mən Şirkətimi Çox Sevirəm!

İşimizə uyğun olaraq,bir çox şirkətə baş çəkir və onları müşahidə edirik.İndi isə gəlin,bu işçi asılılığı məsələsinə hər kəsin cəhd edə bilmədiyi arxa küçələrdən baxaq.Görək,öz şirkətinə bağlı olan işçilər dedikdə kimlər və necə bir işçilər nəzərdə tutulur?

İdarə heyəti üzvünün köhnə yoldaşları:Bu mohtərəm şəxslər 3-cü,5-ci baharlarını çoxdan yaşadıqlarına baxmayaraq,müdirlə birlikdə vəfa səmtində keçirdikləri uzun illərin xatirəsinə yalnız özləri üçün qurduqları 2-3 nəfərlik müəyyən departamentdə rəhbər vəzifədə işlərini davam etdirirlər.Şirkətlərinə ən çox bağlı olan bir qrupdur.

Təqaüdə çıxmağa hazırlaşanlar:Uzun illərdən bəri şirkətin hər cür problemləri ilə üzləşən və onları həll edən şəxslər bu şirkətdə əməyi olan insanlardır.Onlar son bir neçə illik sığorta haqqlarını çöldə yeni macəralara atılmadan tamamlamaq istəyirlər.Gördükləri işə deyil,təqaüdçü olduqları zaman bunu həyata keçirməli olacaq şirkətlə sistemli şəkildə yaşayırlar və və bu səbəblə aralarında sanki bir bağ meydana gəlmişdir.

Gedə biləcəkləri başqa yeri olmayanlar:Şirkətə girən aşağı ixtisaslı,torpağa bağlı çalışanlardır.Çöldə elə də şansları olmadığını bildikləri üçün nə iş versəniz edərlər,işlərini itirməkdən qorxduqları üçün etiraz etməzlər və səsləri çıxmaz, səsləri çıxmadığı üçün də rəhbərləri bu işçiləri daha çox sevir və nəticədə siz də onları şirkətdən asılı zənn edirsiniz.

Alqış edənlər:Əvvəlcə şirkət daxilindəki rəhbərlərin güclü olanlarını təsbit edib onların hər dediyinə və gördüyü işlərə önəm verərək alqışlayır,özlərinə daha etibarlı bir sahə yaratmağa çalışırlar.Karyera planlamasında əsas rəhbər işçi ilə münasibətlərin qurulması bir növ qoruyucu xarakter daşıyır və onların şirkətdən asılılığı getdikcə güclənir.

Səssiz çalışanlar:Bu qrup insanlar əslində çöldə özlərinə yeni bir iş yeri axtarmaqdadır.Ancaq həmin işi tapana qədər diqqəti çəkmədən sistemin içərisindəki varlıqlarını davam etdirməyə çalışırlar.Yəni belə bir halda bütün iclaslara qatılır,öz dialoqlarını davam etdirir,hətta real görünsün deyə hərdən kiçik ağ etirazlar belə edir.Ancaq baxışlar üzərinə çevrildikdə,təlaşlı bir halda özünün şirkətə bağlı və sadiq olduğunu ifadə etməyə çalışırlar.

Bütün bu proseslərin işçi asılılığı mövzusunda müsbət profillər yaratmağı təqdirəlayiq bir hal kimi qiymətləndirilir.Bu vəziyyət işçilərin şirkətlə olan bağlarını daha da gücləndirir və qopması çətin olacaq bir hala gətirib çıxarır ki,bu məsələnin həlli barədə ciddi bir şəkildə düşünmək lazım gəlir.    

 

Tərcümə etdi:Nəzrin Məmmədova                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                    

 

ŞƏRH YAZIN