İnternetdə satış etmək üçün 18 Yol

0
336
 İnternetdə satış etmək üçün 18 Yol

İnternetdə milyonlarla müştəri var və bunların diqqətini çəkməyin bir çox yolu var. Əvvəlki illərdə İnternetdə satış etmək və axtarış sistemlərində olmaq daha asan idi. İnidi  isə Google’un çəyirdək axtarış alqoritmlərinin inkişafıyla Panda, Penguin və Hummingbird kimi adlarla təkmilləşdirilən böyük dəyişikliklərdən sonra web’də olmaq fizikada və ya riyaziyyatda doktorluq dərəcəsi almağa bənzədilir.

Təşəbbüskarlar kimi, internetdə hər hansı bir müəssisənin satış etməsi üçün ən yaxşı yolunun Google’un axtarış sistemi yekun səhifələrinin üst qismində ilk sıralarda olmağımızı hamımız bilirik. Əgər keyfiyyətli seo hazırlaya bilsəniz, bu asan olardı. Ancaq bunu hazırlamaq artıq çox çətin bir işə çevrildi.
 
Bununla yanaşı, bir müəssisə sahibi və ya bir peşəkar kimi, sadəcə axtarışların artıq kifayət etmədiyindən əmin ola biləlrsiniz. Rəqabət aparan açar sözlər üçün axtarış sistemlərində görünmək getdikcə çətinləşən bir vəzifə halına gəldi. Bu da, dünyanın qabaqcıl SEO mütəxəssislərinin, müəyyən açar sözləri üçün saytları analiz edərək nizamlamaları və optimallaşdırmaları üçün saatda minlərlə tələbi qarşılamalarının nəticəsində baş verir. Əlbəttə, bu heç də kiçik bir uğur deyil. İnsanların fərqinə varmadıqları şey, bir neçə həftə  ya da aylarla əhəmiyyətli dərəcədə nəticə almağı çətinləşdirən şeyin, öz bünövrə daşlarının olmasıdır. Ancaq Google’un axtarışlarında görünmürüksə, müəssisəmiz internetdə necə satış edə bilər və hansı kanallardan istifadə edə bilərik ?
 
Axtarışda güclü olmaq istəyən hər kəs,, müəyyən açar sözlər üçün  demək olar ki, zəhmətsiz sıralama edəcək əlaqə profili, tələb və məzmunu hazırlamağın çox uzun zaman aldığını bilməlidir. Həqiqət odur ki, İnternetdə orqanik satışla bağlı hər hansı bir rəqabət yaratmaqda ciddiysəniz ən azından ilk bəhrəni görmək üçün həddindən artıq işləməyiniz lazımdır.
Problem odur ki, biz anında həzz verən olmağı istəyən cəmiyyətin məhsuluyuq. Bir şeylər istəyirik və indi onlar dərhal olsun istəyirik. Yenə də, işdə işdə ya da həyatda uğurlu olmaq üçün, ən azından ilk nəticəni ala bilmək üçün çox işləməyiniz tələb oluna bilər. Və işinizi satmaq üçün nə edəcəyinizi bilməsəniz, mütləq əzab çəkməli olcaqsınız.
 
Müəssisənizin internetdə satış etməsini necə təmin edərsiniz?
Müəssisəninzin online satış etməsi üçün nə tələb olunur? Google axtarış nəticələrindəki sıralanmanı irəli çəkmək və uzun müddət gözləməmək üçün təşəbbüskarlar nə edə bilərlər? İşinizi internetdə satmaqla başqalarından daha çox vaxt qazanmağın bəzi yolları vardır.
 
Müəssisənizin web’də satış etməsi üçün hansı metodu seçərsəniz seçin, yol boyunca dəyər qattığınızdan əmin olsanız və uyğun satış vərdişləri komplektini tətbiq etsəniz, sonda özünüzlə bölüşəcəyiniz mükafatları qazanarsınız. Unutmayın, bu işlər bir gecədə olmaz. Aşağıda, saytınıza və online səhifələrə olan axını davam etdirmək və artırmaq üçün həm qısa həm də uzun müddət ərzində ən yaxşı üsullardan bəzilərini oxuyacaqsınız.
 
1. Bir blog hazırlayın və yüksək keyfiyyətli məzmunu mütəmadi paylaşın
Həqiqətən, işinizi internetdə sata bilməyin ən mühim yolu, yüksək bir dəyər qatan və mütəmadi olaraq keyfiyyətli məzmunlar göndərib paylaşa biləcəyiniz bir blog açmaqdır. Bu qəti şəkildə çox uzun müddətli bir strategiyadır və bir gecədə pul qazandırmaz, ancaq hər təşəbbüskar, bu internetdə satış üsulunu mənimsəməyin əhəmiyyətini anlamalıdır.
Hər hansı bir sektorda ya da popluyar sahədə yalnız nəzərə çarpan bir blog hazırlamaq deyil, eyni zamanda Google’un diqqətini çəkərək izləyici axını cəlb etməyə yardım etməklə, paralel olaraq nüfuz qazanmağa da gətirib çıxarır. Öz sahənizdə söz sahibi ola bilsəniz, istehlakçıların, medyanın və müəssisə sahiblərini diqqətini çəkəcəksiniz. Bu daha çox nüfuz qazandırar və nəticədə çoxlu görüş və külli miqdarda satış həyata keçirməyinizə səbəb olar.
Türk şirkətlərində çox az görülən blog açmaq təşəbbüsü bir çox xarici şirkətdə mövcuddur. Blogu öz şirkətinizin səhifəsində açmağınız daha məntiqlidir.
 
2. LinkedIn qruplarında başqaları ilə əlaqə qurun
LinkedIn qrupları, mesajınızı yaymaq üçün sənaye profilinizdəki digər şəxslərlə tez bir şəkildə əlaqə qurmaq üçün möhtəşəm bir yoldur. Spama rast gəlmədiyiniz müddətdə məhsulunuzu LinkedIn qrupları vasitəsiylə təqdim edə bilərsiniz. Linkinizi əlavə etməzdən əvvəl, bir görüşə və ya müzakirəyə dəyər qatmaq yaxşı olardı.
LInkedIn qrupları, qarşılıqlı əlaqə qura bilməyəcəyiniz insanlarla əlaqə qurmağın möhtəşəm bir yoludur. Yenilikləri qrup içində tez tez paylaşın və çox paylaşıma etmədən də diqqət mərkəzində qalmağı bacarın.
 
3. Facebook reklamlarından və strateji hədəfləri olan açılış səhifələrindən istifadə edin.
Ödənişsiz olmasa da Facebook reklamları, müəssisəniz üçün dəqiq demoqrafik məlumatları əldə etmək üçün  yaxşı bir fürsət yaradır. Müştərinizi yaxşı tanıdığınızda, potensial istehlakçıların strateji hədəfləri olan açılış səhifələrinə məlumat göndərmək üçün maraq dairələrini, coğrafi mövqeyini, ailə vəziyyətini, yaşını və başqa bir çox xüsusiyətindən də istifadə edə bilərsiniz.
Hansı reklam kopyalama və yerləşdirmə səhifəsinin, istehlakçıları satış dairənizdə saxlamaq üçün ən yaxşı nəticə aldığını görmək üçün mikro xərclər etməyi sınayın. Facebook kim bir platforamda reklam etmək üçün düzgün kombinasiyanı və ya formulu tapmaq vaxt apara bilər, ancaq kampaniyanız qazanc gətirirsə, etməyiniz lazım olan tək şey ölçməyə davam etməkdir.
 
4. İnstagramın gücündən faydalanın
Bu gün sosial mediyanın hər an nüfuz edən gücü sayəsində, istənilən an dünyadakı insanlar haqqında məlumatlar əldə edə bilərsiniz. Ancaq bilirik ki, xüsusilə yüz minlərlə ya da milyonlarla izləyici ilə əlaqə quramaq imkanına sahib olmadığımızda, alqoritmlər və görünən  olmaq bizim əleyhimizə işləməyə başlayar.
Bu insanlarla əlaqə yaratmaq və mesajlarımızı yaymaq üçün, güclü istifadəçiləri və insanları cəlb etməyə ehtiyacımız  var. Bu, sərbəstlik verməsə də, mesajınızı yaymaq üçün düzgün İnstagram etiketlərini seçdiyiniz müddətdə, sizin xüsusi sahənizdə (nişdə) geniş bir kütləyə çıxışınızı dərhal təmin edəcəkdir.
 
5. YouTube’da asanlıqla istifadə edilən öyrədici video materiallar hazırlayın
YouTube, müəssisənizin web’də satış etməsi üçün mükəmməl bir qaynaq təqdim edir. Auditoriyanızı yaratmaq üçün başlanğıcda bir sıra çətinliklər olsa da, özünüzü faydalı video öyrədicilər hazırlamağa həsr etsəniz, nəticədə geniş bir kütləyə çıxışınız olar. Yenə də, daha çox gəlir əldə etməkdən savayı dəyər qatmağı hədəf almalısınız.
Öyrədicilər üçün YouTube  mükəmməl bir qaynaqdır, çünki insanlara demək olar ki, hər şeyi asanlıqla anlaşılan bir tərzdə öyrədə bilərsiniz. İstər şirkətinizin məhsulları haqqında istərsəniz də blogunuzdakı mövzular haqqında video paylaşın və real dünyada bir şey kəşf etdiyinizdən əmin olun. Sadəcə çəkiliş keyfiyyətinin və ümumi məzmunun yüksək səviyyədə olmasına diqqət edin. Bundan əlavə, məlumat bölməsindəki linkin, saytınızdakı məzmunula əlaqədar olduğundan əmin olun. 
 
6. Hazırladığınız materialı Medium və Quora’da satın
Tezliklə izləyici axını almaq istiyirsinizsə, nüfuzunuzun az olmasına baxmayaraq materiallarınızı Medium və Quora kimi saytlarda satmağa çalışmalısınız. Web saytınızda yüksək keyfiyyətli bir məqalə yazın. Açar sözləri əsas alan, dili sadə, orjinal və ən əsası da dəyər qatdığından əmin olun. Danışdığınız şeyin insanlara bir nəbzə də olsa faydalı olmasını təmin edin.
Bunları etdikdən sonra, Medium və ya Quora kimi bir saytda başqa bir məqalə yazdıqda da açar söz mərkəzli, başa düşülən, oxşarı olmayan və daha çox dəyər qatdığından əmin olun. Saytınızdakı və ya blogunuzdakı baş məqalədə brinci dərəcəli və ya əlaqədar bir açar sözdən istifadə edərək o məqalənin linkini verin. Buna məzmun satışı deyilir və bu sözü gedən saytlar vasitəsi ilə mövcud böyük auditoriyalara çıxış imkanı verir. Bu da, Google’un SERP’lərində rəqabət etmək üçün ən güclü üsullardan biridir.
 
7. E-mail satışı vasitəsiylə müştərilərinizlə münasibətləri inkişaf etdirin
E-mail satışı, hər müəssisənin sahib olması vacib bir şeydir, ancaq asanlıqla başa gələn bir uğur deyildir. E-mail satışında uğur qazanmaq üçün, istehlakçının e-mail ünvanının müqabilində ekstra dəyərli bir şeylər verməlisiniz. E-mailləri toplamaq üçün qəti qərara gəlmisinizsə, sənaye profilinizdəki ya da olduğunuz bölgədəki insanlara faydalı olcaq ödənişsiz bir kitapça və ya e-kitab hazırlamaq üçün vaxt ayırın. Bundan sonra Mailchimp kimi bir sistemdən istifadə edərək kampaniyalar yolu ilə istehlakçılarla bir münasibət yaradın. Bununla yanaşı, hər maildə bir şey satıb varlanmağı düşünməyin. Əvvəlcə müştəri qazanın, sonra da bütün diqqətinizi satışa yönəldin.
 
8. Çox funksiyalı snippet’lərdən, AMP və FBIA’dan faydalanın
Məqalənizlə rəqabət meydanı yaratmaq istəyirsinizsə, tez bir vaxtda tanınmağa şərait yartmaq üçün çox funksiyalı snippet’lərdən , AMP (sürətləndirilmiş mobil səhifələrdən) və ya FBIA (Facebook hazır məqalələrdən) faydalana bilərsiniz. Çox funksiyalı snippet’lər, AMP spesifik tətbiqi, yerli müəssisələr, musiqi, yemək hazrlama qaydaları, araşdırmalar, TV, filmlər və videolar yoluyla məqalələr də daxil olmaqla müxtəlif məzmunlu forumlara tətbiq olunur.
Həm AMP həm də FBIA əlavələrində, çox funksiyalı parçalar üçün Schema.org’un bildirişləri üçün istifadə edəcəyiniz WordPress əlavələri mövcudur. Məsələn, AMP və FBIA məqalələrinə sahib olmaq üçün son vaxtlarda Google və Facebookun mobil cihazlara istiqamətləndiyini düşünsək, SERP’lərdəki və xəbər portallarındakı görünməyinizi artıran istifadəçilər arasında kiçik bir üstünlük əldə edərsiniz.
 
9. Öz sahənizdəki popluyar blog yazıçıları ilə əməkdaşlıq edin
Öz ixtisas sahənizdəki popluyar blog yazıçıları ilə əlaqə qurmaq, materiallarınızı online yayımlamaq üçün effektli bir metod ola bilər, xüsusən də yayımlardan birinə əlavə etmək üçün dəyərli bir şey vardırsa. İşinizlə birbaşa bağlı olan bir mövzuda yazan popluyar bir blog yazıçısını tapmağa çalışın və əlaqə yaradın.
Bunu reallaşdırmağın ən yaxşı yolu, xidmətlərinizi qonaq blog yazıçısı kimi təqdim etməkdir. Sözün açığını desək,  öz yazılarınızda yaxşı bir üsluba və ən təməl məlumatlara sahib olmalısınız; buna icazə vermək istəyən popluyar bir blog tapmaq çətin olsa da, sonunda bir qonaq yazısını dərc etdirməyı bacarsanız bir addım atmış oalrsınız.
 
10. Sektorunuza məxsus forumlara faydalı olun
Bir çox insan, bütün forum strategiyasını SEO üçün yanlış seçir. Forumlarada spam linkləri yerləşdirirlər və forumlardan nəyə görə cavab almadıqlarını qara-qara düşünürlər. Müəssisənizin online satış etməsində qətiyyətlisinizsə, sənaye sahənizə uyğun bir forum tapdığınızda, müzakirələr də iştirak və link yerləşdirməzdən əvvəl forumun məzmununa və istifadəçilərinə fayda verin.
Heç kim bir foruma yeni bir qonaq kimi gələn və linklərə spam yerləşdirən bir insandan xoşlanmaz. Yenə, ən az ilk cavab üçün daha çox işləməyi düşünməlisən. Dəyər qatmaq üçün digər insanlarla söhbət edin. Təkliflər verin. Sualları cavablayın. Sadəcə spam əlaqə qurmayın. Bir neçə mesajdan sonra və ya forumun qaydalarına uyğun olaraq imza siyahınıza linkinizi əlavə edin, ancaq hər dəfə necə gəldi insanları saytınıza yönəltməyə çalışmayın. Belə etsəniz, sizin üçün yaxşı nəticə verməz.
 
11. Müştərilərə ödənişsiz bir məhsul və ya xidmət təklif edin
Tədqiqatlar, insanların bir şeyin dəyərini ödəməkdən daha çox ödənişsiz almağa meyl etdiklərini sübut etmişdir. Yaxşı, nəyə görə müştərilərinizə ödənişsiz bir xidmət və ya məhsul təqdim etmirsiniz? Bəlkə 15 dəqiqəlik ödənişsiz bir məsləhətdə, satmaq istədiyiniz məhsul və ya xidmətin endirimini təqdim edə bilərsiniz.
Hər nə təklif etsəniz, müştərinin əlaqə məlumatlarını özünüzə uzaq tutmağınız üçün zəmanət altına aldığınızdan əmin olun. Ödənişsiz bir xidmət versəniz də, o müştəriləri ödənişli xidmətlərinizə cəlb etməyiniz üçün bir fürsətiniz var. İnsanlar, bir şeyi öz iradəsi ilə  qəbul etdiklərində, özlərini sizə borçlu kimi hiss edərlər.
 
12. Yerli qeydiyyat orqanlarını və Google business kim müəssisə giriş saytlarından istifadə edin
Yerli bir müəssisə işlədirsinizsə və yaxınlıqdakı müştərilərə coğrafi mövqeyə uyğun peşəkar bir xidmət təqdim etməyə cəhd göstərirsinizsə, müəssisənizi yerli qeydiyyat orqanlarında siyahıya salın.
Google Business, müəssisə məlumatlarınızı daxil etmək və təsdiq etmək, şirkətinizin Google Xəritələrdə görünüşünü, iş saatları və müəssisənizlə bağlı digər ümumi məlumatları təmin edən xüsusi gücə malik bir yoldur. Bu məlumatın düzgün və aktual olduğundan əmin olun. Bu məlumat düzgün daxil edilkdə  internetdə satış üsullarından əhəmiyyətli ölçüdə nəticə almağa da nail olacaqsınız.
 
13. SEO üçün web saytınızı optimallaşdırın
Aydın məsələdir ki, əlaqədar açar sözlər üçün saytın optimallaşdırılması, müəssisənizin online satış etməsinin əsas üsullarından biridir. Ancaq yadda saxlamaq lazımdır ki, işiniz yenidirsə – iki ildən çox deyilsə – çox az nüfuz və ya məzmuna sahibsinizsə, ən üstdə yer tutmağınız  biraz çətin olacaqdır.
Məqsəd, sadəcə ukəmməl bir məzmun hazırlamaq deyil, eyni zamanda saytınızı optimallaşdırmaqdır. (On-Page və Off-Page SEO). Bu uzun bir mübahisəyə gətirib çıxara bilər, ancaq saytınızın sürəti, mobil versiyada istifadəsi, meta açıqlamaları, əlaqə profili, oxu səviyyəsi, mənbələrdən sitatlar, məzmun keyfiyyəti, başa düşülən olması və bunlarla əlaqədar mövzulara diqqət edin. Bu, bir sprinter yarışından ziyadə bir marafon yarışına bənzəyir. Buna görə də, qısa vaxt ərzində çox böyük nəticələr görmürsünüzsə, cəsarətinizi itirməyin.
 
14. Bir konfransda və ya bir web seminarında çıxış edin
Öz sahənizdə sayılıb-seçilən bir şəxsinizsə, nə üçün peşəkar bir konfransda və ya web seminarında çıxış etmirsiniz? Əlbəttə, TED videoları peşəkar konfranslar üçün ilk ağla gələn fikir olacaqdır, ancaq online keçrilən bir çox başqa konfrans və ya web seminarında da çıxış edə bilərsiniz.
İnternettdə satış etməkdən bəhs edildikdə , web seminarları, böyük təsirə malik olan auditoriyaya satış etmək ən güclü vasitələrdən biridir. Auditoriya nə qədər böyük olarsa, məhsullarınızı və ya xidmətlərinizi satmaq imkanı da o qədər yüksək olar.  Bu üsul vaxt keçdikcə şirkətinizə maraq yaradacaq və daha çox təklif verməyinizə şərait yaradacaq.
 
15. Mühim şirkət xəbərlərini və ya tədbirlərini elan etmək üçün mətbuat bülletenlərindən istifadə edin
Mətbuat bülletenləri sizə dərhal mediyanın qapısını açmayacaq. Bəzi media işçiləri, Bir Repartiyor Köməyi və ya PR Web media bülleteni saytlarını araşdırmaq kimi kanallardan istifadə edəcəklər, çox güman ki, bir mətbuat bülleteni çıxarmaqla dərhal xəbər məzmunu ala bilməzsiniz.
Bununla yanaşı, yaxşı yazılmış və mükəmməl bir link profili olan bir mətbuat konfransı sizə SEO’yla marjinal olaraq kömək edə bilər. Ancaq mühim şirkət xəbərlərini və ya daha sonra düzgün PR yolu ilə media organlarını aktiv olaraq təqib etmək üçün istifadə edə biləcəyiniz tədbirləri elan etməyinizi təmin edər.
 
16. Korporativ bir e-mail imzası (elektron imza) hazırlayın 
Müəssisənizin internetdə satış edə bilməsi üçün ən bəsit yollardan biri korporativ bir e-mail imzası istifadə etməsidir. Firmanızın ala biləcəyiniz linklərini və potensial mükafatlarınızı birbaşa e-mail imzanızın içinə yerləşdirin. Bu, müəssisənizi sizinlə gündəlik təmasda olan insanlara aktiv bir şəkildə tanıtmağınıza kömək edir. E-mail imzanıza sosial media hesablarınızı da əlavə etməlisiniz. 
 
17. Dəyərli müştəriləri müəyyən etmək və satış etmək üçün 80-20 prinsipini tətbiq edin.
80-20 qaydası və ya Pareto Prinsipi, nəticələrin 80%-nin cəhdlərin 20%-indən qaynaqlandığını bildirir. Əsasən, gördüyümüz işlərin sadəcə kiçik bir qismi nəticə verir. Belə olan halda bu, satışlarınızın 80%-nin müştərilərinizin 20%-inə edildiyini bildirən satışlar üçün də qanuna uyğundur.
Hansı müştərilərin müəssisəniz üçün ən çox gəlir gətirdiyini müəyyənləşdirə bilsəniz, digər xidmət və məhsullar üçün əlavə təkliflər və endirimlər göndərərək satışlarınızı ölçün. Online satış fəaliyyətinizdə, hesab açmaq üçün bir portal sistemi istifadə edirsinizsə və ya depolanan istifadəçi qeydləri (cookies) ilə təqib edilirsinizsə, bu birbaşa müştərilərə də əlavə üstünlüklər təqdim edə bilərsiniz deməkdir.
 
18. Pinterest, Flickr, Tumblr və İnstagram’da əlaqədar hashtag’ləri göstərən fotoşəkil və videolar göndərin
Pintrest, Flickr, Tumblr və İnstagram ilk xatırlanan paylaşma platformalarıdır. Yayımladığınız məlumatları düzgün bir şəkildə kateqoriyalara ayırmaq və sənaye profilindəki digər şəxsləri təqib etmək üçün, məzmunları hashtag’lərlə birlikdə göndərməlisiniz.
Bu dərhal satış və ya izləyici axınına səbəb olan bir internet satış üsulu deyildir. Vaxt apara bilər, amma məşğul olmağa dəyər. Dəyər qattığınız və gördüyünüz işə ürəkdən bağlı olduğunuz müddətdə, qarşınızdakı aylar və illər ərzində bu saytlarda iş görə bilərsiniz. Başlanğıcda özünüzü orda hiss etmək üçün mümkün olduqca şərh yazmağa, digər insanların yayımlarını bəyənməyə və mesajlarla münasibət qurmağa diqqət edin.
 
 
Tərcümə etdi: Rəşadət Hidayətov
 

ŞƏRH YAZIN