Bir İl Müddətində Milyon Dollarlıq Şirkət Qurmaq Üçün 5 Addım

0
3591
Bir İl Müddətində Milyon Dollarlıq Şirkət Qurmaq Üçün 5 Addım

Bəzi insanlar bütün həyatları boyunca milyonlar qazanma şansı yoxkən, bəzi şirkətlərin hələ ilk illərində bunu bacarması qəribə səslənir. Ancaq bu mümkündür. Bu hədəfə bir çox şirkət çata bilirsə, siz də edə bilərsiniz! Bir il ərzində milyonluq bir şirkət olmaq üçün aşağıda qeyd edilən göstərişləri nəzərə alın:

1. Daim inkişafda olan bazar tapın

Qısa müddətdə milyonluq bir şirkət qurmanın ən asan yollarından biri daim inkişafda olan və böyüyən bazar tapmaq və bu bazarda zirvəyə qalxmaqdır. Nümunə kimi → mobil proqram tərtibatçısı Fiksu’nun CEO’su Micah Adler sadəcə üç ildə bir milyon dollarlıq gəliri 100 milyon dollara qaldıra bildi.    Şübhəsiz Adler möhtəşəm məhsullar tərtib etdiyi üçün uğurlu oldu ancaq zamanlama da çox önəmlidir. 2012-ci ildə Fiksu fəalliyətə başladıqdan sadəcə iki il sonra, mobil proqram tərtibatı 19 milyard dollarlıq bir sektor oldu və bir ildə %60’dan çox böyüdü. Böyüyən bir bazar tapmaq gəlir səviyyəsini inanılmaz ölçüdə artırır.

 

2. Pul qazanma strategiyanızı müəyyənləşdirin

Şirkətinizi ilk ildə milyonluq bir şirkət səviyyəsinə qaldırmaq istəyirsizsə pul qazanma strategiyanızı ən başda müəyyənləşdirməlisiniz.

Gəlirli şirkətlərin bir çoxu iki modeldən biri ilə istiqamətləndirilir: insanlara bahalı olmayan çoxlu məhsul satmaq və ya daha az alıcı kütləsinə bir neçə bahalı məhsul satmaq. İki model də asan və ya bir-birindən daha yaxşı deyil. Burada önəmli olan iki modeldən birini seçmək deyil qazancı artırmaq üçün müəyyən hədəfli bir plana sahib olmaqdır. Başlanğıc mərhələsindən başlayaraq necə pul qazanacağınızı bilməyiniz vaxt itkisini əngəlləyəcək və qısa zaman ərzində gəlirli olmağa kömək edəcək.

 

3. Ən yaxşısı olun

Bazarda çoxlu məhsul və şirkət var. Yüksək məbləğli gəlir əldə etmək istiyirsinizsə, ortaya müştəriləri heyrətləndirən və bazarda danışılmağa səbəb olacaq bir şey qoymanız lazımdır. Ən yaxşı çörək məhsullarının sizdə olduğunu necə bilərsiniz? Müştərilərinizi gözdən keçirin. Sizin üçün təriflər və xoş sözlər söylənmirsə, bu müştərilərinizin məhsuldan və xidmətinizdən məmnun olmadığını, hədəflərinizə çatmayacağınızı göstərir. Var olan müştərilərinizə məhsulu necə daha da yaxşılaşdıra biləcəyiniz haqqında soruşun və daha sonra tövsiyələrini nəzərdən keçirib reallaşdırın. Əziyyətiniz, çalışqanlığınız və səmimiyyətinizi yüksək qiymətləndirib sizi başqalarına məsləhət görəcəklər.


4. Bütün yüksək performanslı kadrları işə götürün

İlk ildə ən az 1 milyon manat gəlir əldə etmək kiçik uğur deyil və bu hədəfi performansı aşağı olan bir komanda ilə bacara bilməzsiz. Bəli, bu insanları işə qəbul etmək daha ucuz və daha asan olacaq ancaq ilin sonunda hesabat bərbad hala düşsə bu rahatlığın əvəzini çox pis ödəyərsiz. Buna görə də ən yaxşı yüksək performanslı kadrları işə qəbul edin.


5. İnternetdə araşdırın, müqayisə və təhlil edin

Son olaraq, yüksək gəlir əldə etmək istəyirsizsə məlumat toplamaq və bu məlumatdan istifadə etmək üçün əzimli olmalısınız. Yeni bir projeyə başlarkən, bir neçə həftə və ya daha az müddət yeni fikirləri sınaqdan keçirib dəyişikliklərin qazanca necə təsir göstərdiyini görmək üçün statistikanı nəzərdə saxlayın və daha sonra ya ya dəyişikliyi tətbiq edin, ya da yeni yollar tapın.

Google Analytics hesabınızda tam bir məlumat xəzinəsi olacağından şirkətinizin əsas performansını diqqətdə saxlayaraq və yüksəltmək üçün olan fikirlər tətbiq edərək bu məlumatı dəyərləndirin. Özünüz bacara bilmirsinizsə, peşəkar bir analizçi ilə birgə çalışa bilərsiniz.

Bir şirkəti ilk ildə ən az 1 milyon manat qazanca yüksəltmək asan deyil ancaq mümkündür. Bəhs etdiyimiz göstərişlərə konsentrasiya olun və gəlir məsələsində qəddar olun. Bu hədəfə çatmasanız belə şirkətiniz üçün ən yüksək rəqəmlərə nail ola bilərsiniz.

 

 

 

 

Tərcümə etdi: Zülfiyyə Sərdarova

ŞƏRH YAZIN