İş Fikirləri Tapmaq Üçün...

0
3375
İş Fikirləri Tapmaq Üçün...

Görünən o ki başınızı hara döndərsəniz biriləri yeni iş fikirləri tapır və yüksək qazanc əldə edir.
5 il ərzində öz şirkətimi idarə edərkən, birdən çox internet saytı açdıqdan və bir çox yaradıcı işlə məşğul olduqdan sonra yeni iş fikirlərinin sahibkarlıq ruhunun bir hissəsi olduğunu anladım. Əhəmiyyətli olan şey bu fikirləri tapmaq və bu fikirlərlə həqiqətən bir şey etməkdir. Müvəffəqiyyətli olmanın bir düsturu olduğuna inanıram: yaxşı bir fikir + çox iş + bir az da şans.
 
Məhz qazanclı və yeni iş fikirləri tapmağa üçün yardım edəcək bəzi məsləhətlər:
 
1. Hər gün 10 iş fikri yazın: Qazanclı bir iş fikri tapmanın ən yaxşı yollarından biri gündə 10 fikir yazmaqdır. Daimi olaraq yeni fikirlər yazmanız yaradıcı prosesə daxil olur və bu sayədə zehininiz açılır, kəskinləşir və xəbərdar edilir.
İş fikirlərinizin çoxu qorxulu ikən bəziləri parlaq ola bilər. Bəziləri vasitəsilə qazanc əldə edə bilərkən, bəziləri sizi həvəsləndirmir. Bəziləri sadə görünərkən, bəziləri bir çox insanın həyatını dəyişdirə bilər.
Tapdığınız hər iş fikrinin arxasından getmək məcburiyyətində deyilsiniz. Bunu etsəniz iflas edə bilərsiniz. Əhəmiyyətli olan şey zehininizin fəallaşdırması və sınağa davam etmənizdir.
 
2. Alış-veriş mərkəzində dövr edin: Həyat yoldaşım və mən büdcəmiz məhdud olsa belə uşaqlarımızla birlikdə alış-veriş mərkəzlərini gəzərik. Heç bir şey almarıq ancaq fərqli müəssisələrin təqdim etdiyi məhsullarla və ya xidmətlərlə əlaqədar söhbət edirik.
Dəhlizin ortasında biri orqanik bal satmağa çalışarkən bəzi mağazaların kassa növbələri inanılmaz dərəcədə uzundur. Biz də yoldaşımla gedərkən bunlardan bəhs edərik. Mağazaların dizaynlarından, markalarından, adlardan, işıqlardan, görünüş və fərqli olan hər şeydən danışarıq. Bu ilham almağınıza və müştərilərin nə cür xidmətləri və ya məhsulları aldığını anlamağımıza kömək olur. Alış-veriş mərkəzində bir tur atmaq və hər hansı bir şey almamaq sizə bir çox yeni fikir verir.
 
3. Təkəri yenidən icad etmənizə ehtiyac yoxdur: Yepyeni fikirlər tapmaq məcburiyyətindəsiniz deyə bir şey yoxdur. Var olan bir şeyi hər zaman inkişaf etdirə bilərsiniz. Bu Apple Watch kimi böyük bir şey də ola bilər, yeni doğulan körpələr üçün Zıbın da.
Dünya üzərində bir çox gözəl iş fikri vardır ancaq bu daha yaxşı və bənzər məhsullar yarada bilməməniz mənasını gəlməz. Pinterest ilk çıxdığında, hər kəs Pinterest'i sevdi, çünki başqa bir alternativ yox idi. Ancaq indi rəqəmsal sahədə böyük oyunçular var. Bəzi insanlar müştəriləri oxşar ancaq daha yaxşı məhsulları almağa razı etmənin daha çətin olduğunu düşünürlər.
 
Nəticə olaraq yeni bir iş fikri tapmaq lazım deyil əhəmiyyətli olan yenilik yaratmağı vərdiş halına gətirməkdir. Hər şeydən əvvəl fikrinizi tətbiq etməniz o fikri xəyal etməkdən daha çox mühümdür. Bir çox insan bir məhsul və ya iş konsepsiyası düşünür ancaq onun arxasından əsla getmir. Özünüzə bir yaxşılıq edin və milyon dollarlıq bir fikir tapdığınız zaman çölə çıxın və həqiqətə çevirin!
 
 
 
Tərcümə etdi: Zülfiyyə Sərdarova
 

ŞƏRH YAZIN