Müvəffəqiyyətli İş Fikri: Led İşıqlı Təbii Pəncərələr

0
1894
Müvəffəqiyyətli İş Fikri: Led İşıqlı Təbii Pəncərələr

Parlaq bir iş fikri axtaran sahibkarlar bu fikir böyük bir investisiya fürsəti ola bilər. 
Simar Design adlı fransız şirkəti, bəzi cihazların köməyi ilə şəhərlərdəki evlərin içində xüsusi olaraq hazırladığı pəncərələr sayəsində günəş işığı təsiri yaradır. Bu xüsusi olaraq hazırlanan pəncərələr günəş işığına bənzər bir işıqla evin içini işıqlandırır. Təbii gözəlliyi olan mənzərələri daha faydalı bir hala gətirən şirkət bunlara işıq əlavə edir və insanların evlərinə daşıyır. Beləcə, evinizin içində də təbii mühitlərdə hiss etdiyiniz rahatlığı, fərahlığı hiss edirsiniz.
Şirkət led panellər köməyi ilə real bir mənzərə yaradır. Həmçinin bu sistemi  evinizə gətirmələri çox asan, hər hansı bir yeri dağıtmaq və ya yenidən quraşdırmaq lazım deyil, çox sadə bir şəkildə tavanınıza və ya divarınıza monte edilir. Panellər gün ərzində günəş işığını yığır və istifadəçinin gündəlik rutininə görə, daha sağlam bir mühit yaratmaq üçün özünü aktiv edir. Bu zaman istifadəçilər mənzərələrini seçmək, hətta sıxıldıqları zaman dəyişdirmək hüquqlarına da malikdirlər. Hər ölçüyə tənzimlənən bu panellər 60-120 volt arasında çalışırlar və istədiyiniz şəkildə işığın dərəcəsini nizamlaya bilirsiniz. Üstəlik şirkət sizə 5 il zəmanət də verir. Günəş işığı kifayət qədər düşməyən evlərin çarəsi olan bu sistemin, eyni zamanda xəstəxanalar və ofislər kimi stressin bol olduğu yerlərdə də istifadə edilməsi gözlənilir.
Yaxın zamanda alış-veriş mərkəzləri, mağazalar və gözəllik salonları müştərilərini cəzb etmək üçün bu texnologiyadan istifadə edəcək mi deyə fikirləşirsiniz? Gözləyib görəcəyik.
 
 
 
 
 
 
 
Tərcümə etdi: Zülfiyyə Sərdarova

ŞƏRH YAZIN