0-dan biznes qurmaq heç də mümkünsüz deyil

0
3338
0-dan biznes qurmaq heç də mümkünsüz deyil

 Orta yaşlı bir kişi adi şəhər məktəbində müəllim işləyirdi. Orta əmək haqqı və 45 günlük məzuniyyəti ilə o, öz ailəsini heç cür təmin edə bilmirdi. Onun siyahısında istixanalar yaratmaq və orada tərəvəz yetişdirmək ideyası var idi. O, tərəvəzlərdən ən sadəsini və xüsusi qulluq tələb etməyən yunan qabağını seçdi. Birinci il o, alıcı tapmaqda bir az çətinlik çəkdi. Özü onu bazarlara, restoranlara, kafelərə paylamalı olurdu.  Bu gün isə artıq onun daimi müştəriləri var.  


Bəs keçmiş müəllim necə etdi ki, başqalarından asılı vəziyyətdə olmadı və onun ailə büdcəsinə daimi pul gəlməyə başladı?   
 
-Arzusunun dost-tanış tərəfindən qəribə görünməsindən qorxmadı 
 
-O, treningdə aktiv iştirak etdi 

-O, çox kapital tələb etməyən, öz fiziki əməyinə arxalanan bir biznes qurdu 

-Biznes-plan təşkil etdi 

-O, böyük səylə istixana təşkil etdi 

Əvvəlcə özünü inamlı hiss etmədi, lakin təslim olmadı, çünki qarşısına konkret məqsəd qoymuşdu. əgər siz az kapitalla sıfırdan biznes qurmaq istəyirsinizsə, onda öz bacarığınız, hobbiniz, maraqlarınız, yaradıcılıq ideyalarınızdan ibarət bir siyahı tutun, hansı ki, zamanla sizə yaxşı gəlir gətirə bilsin. Bu siyahıda sizin üçün aktual olan bir bənddə dayanın. Ruhdan düşmək də lazım deyil. Nəzərə alın ki, bir çox milyonçular öz uğurlarına 1 dollardan başlamışdılar. 

Bəs sizin başqalarından nəyiniz əskikdi? Siz də hər şeyi bacarırsınız. Başlıcası odur ki, gözəl gələcəyə addım atmaqdan qorxmayasınız. Razılaşın ki, məhz qorxu sizi qətiyyətli addım atmaqdan saxlayır. Gözəl həyata can atın! Sizə uğurlar! 

ŞƏRH YAZIN