Bir hərf nələrə qadirdi!

0
2406
Bir hərf nələrə qadirdi!

Onu adı Xose Zamoradır (Jose Zamora). O, uzun müddət iş tapmaqda çətinlik çəkirdi. Xose internetdə uyğun vakansiyalara müraciət edir, hər gün işəgötürənlərə təxminən 50-100 arası CV göndərirdi.


Təəccüblüsü də odur ki, əvəzində Zamora heç bir yerdən iş müsahibəsinə çağırılmırdı. Lakin Xosenin ağlına əla bir ideya gəlir, o hiylə işlətmək qərarına gəlir. O öz adından “s” hərfini götürür və bununla da “Jose Zamora” “Joe Zamora” olur. Xosenin sözlərinə görə bir həftədən sonra onun elektron poçtu iş müsahibəsinə dəvətlə bağlı məktublarla dolmuşdu.

“Co” heç nəyi dəyişmədi, hər şeyi dəyişən sadəcə bir hərf oldu. Xose sadəcə öz adını “ağa” çıxara bildi.

Çoxsaylı tədqiqatlar göstərdi ki, işəgötürənlər ya məqsədyönlü şəkildə və ya fərqinə varmadan etnik mənsubiyyətinə görə insanları, əsasən də “qara dərili” və latın-amerikan mənşəli ad daşıyanları diskriminasiya edirlər. Aparılmış tədqiqatlar göstərdi ki, vakansiyalara müraciət edən Avropa mənşəli ad daşıyan namizədlərin arzuolunan vəzifəyə keçmə ehtimalları ekzotik ad daşıyanlardan 50% daha çoxdur. 
 

ŞƏRH YAZIN