Bu 5 cümləni deməyin!

0
2721
Bu 5 cümləni deməyin!

İş görüşlərinə gedərkən geyimizdən əlavə, nələri deyib, nələri deməyəcəyinizi əvvəlcədən müəyyən etsəniz çox yaxşı olar. Arzuladığınız iş sizin bir cümlənizlə əlinizdən qaça bilər. Odur ki, müsahibə əsnasında dediyiniz hər şeyə fikir verin.Bu 5 cümləni əsla istifadə etməyin:

1. "Əmək haqqı ilə əlaqədar indi məlumat ala bilərəmmi, boş yerə görüşmüş olmayaq."

Mənası: Qarşı tərəf sizinlə həmin an görüşdən imtina edəcəkdir. Çünki düşünəcəkdir ki, bu görüşü siz bir fürsət olaraq görmürsünüz.

2. "Ancaq mən dərhal işə başlaya bilmərəm, əvvəlki işimdən yeni ayrıldım, bir az istirahət etmək istəyirəm." 

Mənası: İşə başlayıb başlamayacağınız daha müəyyən deyilkən, bunu söyləmək iş tapmağınızın bir prioritet olmadığı mesajını verir. İşə başlaya biləcəyiniz tarixi daha sonrakı mərhələlərdə əlbəttə söyləyə bilərsiniz, ancaq bunu bir bazarlıq halına gətirmək lazım deyil.

3. "Mənə görə başqa iş var?"

Mənası: Mən bu işi bəyənmədim deməkdir. Görüşü təşkil edən adam, sizin xüsusiyyətlərinizi bəyənibsə, onsuz da uyğun bir vəzifə olduqda sizə bildirəcək.

4. "İş saatları uzanırmı?" 

Mənası: İş saatı bitdikdən sonra çalışmaq istəmirəmdır. Bunu soruşmaq təbii ki, haqqınızdır. Amma zamanı ilk görüş deyildır. 

5. "Köhnə iş yerimdə filan qədər haqqımız var idi, sonra əlimizdən aldılar. Burada da belə şeylər olarmı? "

Mənası: Sizə etibar eləmirəm! Əvvəlki iş yerini pisləyəcək və ya görüşünə getdiyiniz təşkilat haqqında etibarsızlıq ifadə edən bu tərz bir ifadə, görüş mərhələsində istifadə edilməməlidir. 

 

ŞƏRH YAZIN