Bu Sözləri Cvnizdən Çıxartmalısınız

0
2184
Bu Sözləri Cvnizdən Çıxartmalısınız

Aşağıdakı sözlər hər işə müraciət anketində tez-tez istifadə edildiyi üçün artıq öz əhəmiyyətlərini itiribdirlər. Bu sözləri silin və daha yaradıcı, daha xüsusi bir CV yaradın!

 

Məsuliyyətli

İlk bu sözü CV'dən çıxartmaq lazımdır. Bu sözdən sonra adətən uzun və darıxdırıcı bir siyahı davam edir. İşə müraciət formasında tez-tez bu sözü işlətməkdənsə, əvvəlki iş yerinizdə sahib olduğunuz mövqeyinizdən danışın. Şablon sözlərdən uzaqlaşın və əvvəlki işinizi maraqlı şəkildə izah edin.

 

Kollektivdə işləməyi bacaran

Bu da əksər CV'lərdə rastlaşa biləcəyimiz, həm də çox vaxt özünü doğrultmayan ifadədir. Hansı işdə işləyirsinizsə işləyin, onsuzda bir kollektivin üzvü olacaqsınız. Buna görə də, işəgötürənlər sizin işlədiyiniz komandaya uyğunlaşacağınızı düşünürlər.

 

Təcrübəli

Bu sözdə heç bir yaradıcılıq əlaməti yoxdur və sizi digərlərindən fərqləndirmir. Bu şəkildə ifadə etmək yerinə, əvvəl çalışdığınız iş yerlərini, tarixi, vəzifənizi dəqiq yazın.

 

Məqsədləri olan

Əgər həqiqətən də belə insansınızsa, işdə əldə etdiyiniz nailiyyətləri qeyd edə bilərsiniz. İşəgötürənlər hansısa şablon sözlərdənsə, həqiqəti eşitmək istəyərlər. 

 

Pozitiv

Bunu söz ilə yox, hərəkətlərinizlə göstərin. Hansısa şirkətə müsahibəyə getdiyiniz zaman şən, gülərüz olun. Ən əsası isə özünüzə inanın.

 

Yaradıcı

Bir çox insanlar bunun tam olaraq nə demək olduğunu dərk etmədikləri halda iş üçün müraciət anketində yazır. ​Yaxşı siz, həqiqətən də mi adi insanın düşündüklərindən fərqli bir düşüncə tərzinə maliksiniz? Bu sözü başqa, daha yaradıcı bir söz ilə dəyişin və bu onsuzda sizin nə qədər yaradıcı biri olduğunuzu göstərəcək. 

 

Nizam-intizamlı

Bu söz CV'nizdə artıq yer tutmaqdan başqa heç bir işə yaramayacaq. Əgər siz müsahibəyə təyin olunan vaxtda getsəniz, düzgün şəkildə geyinsəniz, bu onsuzda intizamlı olduğunuzu göstərəcək. Bunu söz ilə yazmağınıza ehtiyac yoxdur. Sizin müsahibədə özünüzü sübut etməyiniz kifayətdir. 

 

ŞƏRH YAZIN