Çox Düşünmə, Bir Qərar Verib İrəlilə!

0
1009
Çox Düşünmə, Bir Qərar Verib İrəlilə!

Çox mu fikirləşirisiz? Sahibkarların proyektləriylə bağlı niyə hərəkətə keçə bilmədikləri ilə əlaqədar sadə bir nəzəriyyəm var: Seçimlərini müqayisə etməklə çox vaxt itirirlər.
Birinin tapşırığını yerinə yetirmək üçün davamlı olaraq öz üstümə çoxlu stress çəkirəm. Ustası olmaq istədiyiniz mövzu hər nə olursa olsun, dərsinizi çalışmaq bu işin təməlidir. Amma hansı nöqtədə hərəkətə keçməlisiniz? Hansı sahə ilə bağlı kifayət qədər oxudunuz, kifayət qədər mütəxəssislə danışdınız, ya da kifayət qədər sərgiyə getdiniz? Bunlar araşdırma etmək üçün möhtəşəm yollardır. Amma bunların ardından hərəkətə keçməniz və işə başlamaq üçüb zaman da lazımdır.
İnsanlara sahibkarlığı bir həyat tərzi olaraq öyrədirəm. Tələbələrimin  bəziləri çox qərarsızdırlar. Çoxlu sual verirlər. Bu yaxşı haldır, amma qərar vermə qabiliyyətindən məhrumdurlar. Hərəkətə keçməmək üçün bəhanələr tapırlar. Bu bir həqiqətdir ki, bəzi sahibkarları müvəffəqiyyətli edən şey onların çöküşüdür. Ancaq bir təşəbbüskarın hərəkətə keçmədiyi müddətcə çöküş yaşaması da mümkün deyil.
Bir layihə üzərində çalışmaq əyləncəlidir. Amma bir təşəbbüskar olmaq, itirmə riski həqiqətini qəbul etmək deməkdir. Müəyyən bir məqamda artıq beyninizi bağlamalı və bir addım atmalısınız. Öz tərəfinizdən momentuma ehtiyacınız var. Bütün kiçik detallar həll olana qədər gözləyə bilməzsiniz. Əgər gözləsəniz əlinizdəki bazarları qaçıra bilərsiniz.
Reallıq budur ki, daha birinci addımı belə atmadan onuncu hücumu düşünmənin bir mənası yoxdur. Hər şeyi hesablamaya qalxdığınızda istər-istəməz fərziyyələr yaratmış oluruq. Çox zaman yaratdığım fərziyyələr səhv çıxdı. Sizinkilərin də səhv olduğunu təxmin edirəm. Çünki əsla bütün cavabları əldə edə bilməzsiniz. Bir Mantra kimi bunu təkrar edin: "Əsla bütün cavabları əldə edə bilmərəm". Həyat sizi çaşdıracaq! Bunu dəqiq deyə bilərəm, həyatınızda qırılma anları və dönüş nöqtələri olacaq. Özünüzə güvənsəniz yaxşı olar. Önünüzə çıxan bütün maneələri aşacağınıza inansanız, bunu edərsiniz.
Əlbəttə ki, bu müddətdə gərgin olmaq çox normaldır. Sahibkar olmaq cəsarət istər. Açığı hər kəsə görə bir şey deyil. Əgər səhv etməkdən qorxursunuzsa, bir sahibkar olma təşəbbüsü üzərində uzun və ciddi bir şəkildə düşünməlisiniz. Əgər irəliyə getməkdə çətinlik yaşayırsınızsa edəcəyiniz hücum üzərində daha çox düşünə bilərsiniz. Özünüzü bundan qurtarmaq üçün aşağıdakılara nəzər salın:
 
1) Hər zaman bir cavab tapa bilməməyi qəbul edin
Sizdən gözlənilən də bu deyil, həqiqətən. Əgər sizdən bilmədiyiniz bir şey soruşulsa, sadəcə həmin insanla təkrar görüşəcəyinizi bildirin. Aldatmağa çalışmayın.
 
2) Kiçik addımlar atın
Müvəffəqiyyətli olmaq, sizin düşündüyünüzdən daha çox zaman alacaq. Qısacası, irəliyə baxın, amma çox irəliyə deyil. Hədəfinizə olan baxışınızı itirmək istəməzsiniz, amma sizi qorxutmasına da icazə verməyin. Özünüzə təyin etdiyiniz yol, bir başkasınınki ilə eynilik təşkil etməyəcək. Buna görə müəyyən bir nöqtədə dərsinizi çalışmağı bir kənara qoyub hücuma keçməlisiniz.
 
3) Son tarix müəyyən edin
Doğru qərarlar zaman alır. Kimsə sizdən tələsik hərəkət etmənizi istəmir. Hadisəyə baxışım bu: Yalnız bir şəkildə hərəkət edin və çəkdiyiniz yolda irəliləməyə çalışın. Bəzən doğru, bəzən də səhv qərarlar alacaqsınız. Önəmli olan qərar vermə qorxunuzun sizi hərəkətsiz saxlamasına icazə verməmək.
Əgər elastik və açıq fikirlisinizsə layihələriniz, təxmin etdiyinizdən daha qısa bir müddətdə öz sahələrində müvəffəqiyyətli olacaq.
 
 
 
 
 
 
Tərcümə etdi: Zülfiyyə Sərdarova

ŞƏRH YAZIN