Çox pul qazandıran qəribə işlər

0
1885
Çox pul qazandıran qəribə işlər

Qolf topu yığan

Bu işi görənlər adətən qolf sahələrində su gölməçələrindən top yığırlar. Adətən yığdıqları topun sayı qədər pul alırlar. Ona görə də günün sonunda ən çox islanan ən çox pul qazanır. 

Məhkəmənin diş həkimləri

Adi diş həkimlərindən çox pul qazanan bu insanlar adətən diş, çənə və üz sümüyünü analiz edirlər. Adətən dişləmə və hücumla bağlı məhkəmə proseslərində çalışırlar. 

Gələcək alim

Fəlsəfə, sosial elmləri dərindən bilən bu insanlar adətən gündəlik həyatı analiz edərək gələcək barədə proqnozlar verirlər. Onlar gələcəkdə insanların nəyə ehtiyacları olacağını, daha çox nələrin satılacağını təxmin etməyə çalışırlar. Bəzi böyük şirkətlər belə insanlara böyük pullar ödəyərək bir neçə illik plan proqnozlaşdırırlar. 

Yeni il ağacı tacirləri

Adətən bəzi tacirlər əvvəlcədən yeni il ağaclarını əkən fermerlərlə razılaşırlar. Sonra onlar yeni ildə bu ağacları şəhərlərdəki insanlara çatdırırlar. Heç də az qazanmırlar. 

Ləzzət yaradıcıları

Hər gün daha da qarışıq olan qida sektorunda insanlar yeni dadlar istəyirlər. Ləzzət yaradıcıları da məhz bu işlə məşğuldurlar. Onlar labaratoriyalarda yeni dadlar yaratmağa çalışırlar. 

 

ŞƏRH YAZIN