Dünyanın 10 ən xoşbəxt və bədbəxt peşələrinin siyahısı dərc olundu.

0
1983
Dünyanın 10 ən xoşbəxt və bədbəxt peşələrinin siyahısı dərc olundu.

Christian Science Monitor –a istinad edən Amerikan Forbes-i dünyanın ən xoşbəxt peşələrindən ibarət siyahıya aşağıda adları qeyd olunan peşələri daxil edir: 


1. Ruhanilik. Sən demə, ən çox o insanlar özünü xoşbəxt hiss edir ki, dünya təlaşından, gündəlik həyat qayğılarından uzaq yaşamağı üstün tuturlar.  

2. Yanğınsöndürənlər. 80% yanğınsöndürənlər öz işindən çox razıdırlar. Onlar hiss edirlər ki, insanlara kömək edirlər. 

3. Fizioterapevtlər. Daima insanlar ilə ünsiyyətdə olmaq və həqiqətən də kiməsə kömək etdiyini hiss etmək, bu peşə sahiblərini ən xoşbəxtlərdən birinə çevirir. 

4. Müəlliflər. Əksər müəlliflər öz əsərlərinə görə çox kiçik miqdarda qonorar alır və ya bu əsərlər heç bir əvəz ödənmədən dərc olunur. Amma ola bilsin ki, məhz öz biliklərinin məhsulunu yazmaq insanlara daha çox xoşbəxtlik bəxş edir, nəinki ağır banknot parçası.

5. Korreksiya pedaqoqları, defektoloq müəllimlər (müəyyən qüsurları olan şagirdləri müalicə edən şəxslər). Əgər siz milyonlarla pul qazanmaq arzusunda deyilsinizsə, sadəcə xoşbəxt işə sahib olmaq istəyirsizsə, insanlar üçün yol göstərən, nəsihətçi ola bilərsiniz. Sadəcə fərq ondadır ki, bu insanlar digərlərinə çox da bənzəmir və özlərinə qarşı daha çox qayğı və diqqətə ehtiyac duyurlar.  

6. Müəllimlər. Adi müəllimlər də öz peşələrindən razıdırlar. Hətta ABŞ-ın bir sıra ştatlarında da tədris sahəsinə xərclənən pullar xeyli azdır. Amma buna rəğmən cavanlar yenə də bu peşəni seçməkdə davam edir və özlərini xoşbəxt biri kimi hiss edirlər.

7. İncəsənət adamları. Heykəltəraşlar, peyzaj rəssamları və həmçinin digər yaradıcı şəxsiyyətlər də öz işlərindən məmnundurlar. Buna baxmayaraq, onların əksəriyyətinin qismətinə böyük həyat sınaqları yazılmış olur və əsasən pulsuzluqdan əziyyət çəkirlər.

8. Psixoloqlar. Öz xəstələrinin bütün problemlərini həll edə bilməsələr də, belə görünür ki, psixoloqlar öz beyinlərindəki həşəratları sakitləşdirməyə nail olurlar. Bu da onlara həyatdan zövq almağa imkan verir. 

9. Maliyyə xidmətlərinin satışı üzrə agent. Bu peşəyə sahib olan 65% insanı öz işi qane edir. Ola bilsin bunun əsas səbəbi məhz o amillə bağlıdır ki, bu insanlar çox dəbdəbəli və komfortlu ofislərdə həftədə cəmi 40 saat işləməklə ayda 90 min dollara yaxın pul qazana bilirlər. 

10. İstismar (ekspluatasiya) mühəndisləri. İşdə səni belə nəhəng oyuncaqlar - buldozerlər, yükdaşıyan maşınlar, ekskavatorlar, qaldırıcı kranlar, iri nasoslar gözləyəndə və bu tipli avadanlıqlarla işləməli olanda, insan həqiqətən də özünü xoşbəxt hiss edir. Əksər hallarda, bu kimi vəzifələrə vakansiya yerlərinin sayı ixtisaslı kadrların sayından daha artıq olur. Ona görə də bu sənət sahiblərinin özlərini bəxtəvər hiss etməsi tamamilə başa düşüləndir.

Bu isə ən çox nifrət doğuran peşələrin (işdən zövq almayanların) siyahısıdır. Maraqlıdır ki, bu siyahıdadakı peşələri seçmiş insanlar qat-qat daha çox pul qazanır və cəmiyyətdə daha möhkəm sosial statusa malikdir. Lakin onlar iyerarxik bürokratiyanın əsirinə çevrilir və buna görə də öz işlərində elə də bir məna görmürlər.    

1. IT-Direktor (CIO)
2. Satış və marketinq üzrə direktor
3. Product-maneger (məhsul üzrə menecerlər)
4. Aparıcı veb-tərtibatçılar
5. Texniki mütəxəssis
6. Elektrotexnik
7. Hüquqşünas 
8. Texniki dəstək üzrə mütəxəssis
9. Dəzgah operatoru 
10. Marketinq üzrə menecer 
 

ŞƏRH YAZIN