Fasilə Edin: İşdə Qısa Zamanda Necə İstirahət Etmək Olar

0
2095
Fasilə Edin: İşdə Qısa Zamanda Necə İstirahət Etmək Olar

Sizin işiniz hətta dünyanın ən yaxşı, ən maraqlı, ən sevimli işi olsa belə, istirahət sizə mütləqdir.

Yalnız işdən kənarda yox, iş zamanı belə istirahət lazımdır. Sizlərə qısa zamanda istirahət etməyin yollarını izah etməyə çalışacaq.

Monoton iş gərginliyini aradan qaldırmaq üçün effektiv yollardan biri gülməkdir. Tibb işçilərinin iddiasına görə bir dəqiqə davam edən gülüş, 3 saat istirahətə bərabərdir.

Beynin sakitləşməsi və istirahəti üçün əks cins ilə 10 dəqiqə söhbət yetərlidir.

Uzun müddət məzuniyyətsizlik iş məhsuldarlığını azaldır. Bundan qaçmaq üçün turlarla maraqlanmaq lazım, məzuniyyətdə hara gedəcəyinizi seçmək üçün tur saytlarında axtarış etmək lazımdır. Buna sərf etdiyiniz 15-20 dəqiqə ərzində beyniniz sakitləşəcək və siz xəyallarınızda istədiyiniz yerləri gəzmiş olacaqsınız.

Hətta daş mədənində nahar fasiləsi var, qalmışdır ki, ofisdə. Bu fasiləni tam istifadə edin. İşdən tamamilə uzaqlaşın. Əgər naharı tez bitirmisiniz isə, işə qayıtmağa tələsməyin, küçəyə çıxın və gəzin.

 

ŞƏRH YAZIN