Həvəslə işləməyin yolları

0
2293
Həvəslə işləməyin yolları

Həkimlər bildirirlər ki, müasir dövrdə stress və həyəcan insanların ömrün qısaldan əsas faktorlardan hesab edilir. Günün 8 saatını işləyən insan əksər hallarda işdə bir çox problemli vəziyyətlərlə rastlaşır ki, bu da onun psixoloji vəziyyətinə öz mənfi təsirini göstərir. Buna görə də mütəxəssislər işdə stresdən uzaq olmaq üçün müxtəlif təkliflər irəli sürürlər. Bu təklifləri aşağıdakı kimi qruplaşdırmaq olar:

Sevdiyiniz insanlara zəng vurun: Stres işə adaptasiya olmağınıza mane olur. Bu səbəbdən də işin məhsuldarlığı aşağı düşür. Bu zaman inadlı şəkildə çalışmağı, hansısa bir işin öhdəsindən gəlməyi qarşınıza məqsəd qoymağınız ağılabatan variant deyil. Bunun əvəzində daha yaxşı olar ki, işinizə bir neçə dəqiqəlik fasilə verib sevdiyiniz bir insana zəng vurasınız. Görəcəyiniz işləri unudub onunla danışacağınız 5-10 dəqiqə fikrinizi stressdən yayındıracaq və işə daha həvəsli başlamağınıza şərait yaradacaq.

Şokolad yeyin: Aparılan araşdırmalar göstərir ki, şokolad yemək insanı rahatlaşdırır, əhval-ruhiyyəni qaldırır. Buna görə də yaxşı olar ki, istənilən vaxt çəkməcənizdə bir qutu şokolad olsun. (Həddindən artıq çox yeməmək şərti ilə).

Gülmək üçün vaxt ayırın: Gülmək hər zaman stressdən qurtulmağın ən asan yolu hesab edilib. Buna görə də xoş vaxt keçirmək və gülmək üçün gün ərzində özünüzə heç olmasa 10-15 dəqiqə vaxt ayırın.

Sosiallaşın: Fasilə vermədən çalışmaq insanları həvəsdən salır, bu mütəmadi hal aldıqda isə hətta depresiyaya düşməyə səbəb olur. Buna görə də çalışın ki, işlərinizi görərkən həm də iş yoldaşlarınızla ünsiyyət qura biləsiniz. Bu müəyyən müddətlik də olsa, diqqətinizin işdən yayınmasına və müəyyən qədər əqli cəhətdən rahatlaşmağınıza şərait yaradacaq.

İş yoldaşlarınıza inanın: Bütün işləri təkbaşına görməyiniz mümükün deyil. Elə anlar olur ki, bu gün görməli olduğunuz nə qədər iş varkən siz heç yolun yarısına çatmamış həvəsdən düşürsünüz. Buna görə də daim yardım istəyə biləcəyiniz, sonuna qədər inandığınız iş yoldaşlarına sahib olmaq üçün çalışın.

Ofisinizi sıxıcı görünüşdən xilas edin: Günümüzün demək olar ki, böyük bir hissəsini iş yerində keçiririk. Bu zaman olduğumuz mühiti maraqlı etmək isə bizim əlimizdədir. Bunun üçün iş masanızın üzərini sevdiyiniz insanların rəsmləri və sizin üçün xüsusi əhəmiyyəti olan bir neçə əşya ilə bəzəyin. Beləcə, işiniz nə qədər çətin olsa da, ən azından ətrafa baxanda sizi xoşbəxt edəcək, əhvalınızı yüksəldəcək əşyalarla, “insanlarla” qarşılaşacaqsınız.

 

ŞƏRH YAZIN