İdeal CV: necə doldurmaq olmaz

0
2219
İdeal CV: necə doldurmaq olmaz

İdeal CV sizin infoqrafikanız və ya uğurlarınız barədə mətn olmamalıdır. O, maraqlı və cəlbedici olmalıdır.

Səhvlər və dəqiqsizliklər

Sizcə cv-də qramatik səhv buraxan namizədə ciddi işi həvalə etmək olar? 27% hr-lar bunu dözülməz hesab edir. 6% hr isə sənəddə səliqəsizliyi sevmir.

Təlimat

Razılaşın ki, maraqlı cv-ni oxumaq daha xoşdur, nəinki köçürülmüş vəzifə təlimatını. 15% hr-ın bundan zəhləsi gedir. Bu səbəbdən çalışın maraqlı cv tərtib edəsiniz. Daha çox əlaqə nömrələrini qoymağı unutmayın ki, hr maraqlandığı zaman sizi asanlıqla tapa bilsin. 18% hr namizədi tapmayanda ona qarşı artıq mənfi yönümlü olur.

Çoxluq

14% hr namizədin uğurları barəsində tam məlumat oxumağı sevsələr də, məktəb olimpiadası ilə fəxr etməyin yeri yoxdu (xüsusən də əgər yaşınız 25-i ötübsə). Yaxşı olar ki, karyeranızın ən parlaq anlarını təsvir edəsiniz.

Məqsəd

5% hr etiraf edib ki, onların niyə və nə məqsədlə müraciət etdiyini bilməyən namizədlərdən xoşlanmırlar.

Üstəlik 2% hr cv-də mütləq normal şəklin olmasını istəyir və tez-tez yerdəyişən işçiləri sevmir.

ŞƏRH YAZIN