İş axtaranlar üçün məsləhətlər

0
2247
İş axtaranlar üçün məsləhətlər

İş axtartmaq müasir dünyanın ən böyük poblemlərindən birinə çevrilmişdir. Əhalinin sürətlə artdığını nəzərə alsaq, bir vakant yerə artıq verilən rezümelərin sayı artmaqdadır.

İşi necə tapmaq olar, nə etmək lazımdır, nəyə diqqət yetirmək lazımdır?

İlk öncə profaylın yaranmasından başlamaq lazımdır. Profayl xasiyyətnamədən, rezüme, şəkil, orijinal sənədlər (diplom, əmək kitabçası, sertifikatların surəti) və s. sizin ixtisaslı kadr olduğunuzu təsdiqləyən sənədlər.

Beləliklə, ilk addım

Yazılı və ya çap şəkildə olan müxtəlif xasiyyətnamələrinizi səliqə-səhmana salmalısınız. Əgər yoxunuzdursa, keçmiş rəhbərlərinizə müraciət etməkdən çəkinməyin. Onların “zəng etsələr, deyərik” sözləri kafi deyildir. Yalnız rəsmi və səliqəli şəkildə olan sənəd. Siz özünüzün ixtisaslı olduğunuzu təsdiqləməlisiniz.

Xasiyyətnamədə yaxşı olar ki, keçmiş rəhbər sizin iş potensialınızdan, ixtisaslı olduğunuzdan, şəxsi keyfiyyətlərinizdən, kollektivdə mehribançılığınızdan qeyd etsin.

Xasiyyətnamələr skan olunmalı və mütləq surətləri çıxarılmalıdır ki, müsahibədən sonra şirkətdə saxlaya biləsiniz. Skan olunmuşlar isə e-mail vasitəsi ilə iş verənə göndərilməlidir.

İkinci addım. Rezüme

Rezümeyə aid suallar həmişə çox olub və olmağa davam edəcək. Çox vaxt HR menecerlər müsahibədən sonra rezümedə göstərdiyiniz məlumatları yoxlayır, danışdıqlarınız ilə yazdıqlarınızı müqayisə edir. Rezümeyə görə sizin vakant yerə nə qədər uyğun olub olmadığınızı təyin edirlər. Rezüme iş axtaran insanın simasıdır.

HR menecerlər rezümeyə baxaraq sizin profilinizin, istənilən iş stajınızın, maaş tələbinizin nə qədər uyğun olub olmamasını araşdırırlar. Lakin unutmayın ki, menecerlər artıq şablon rezümeləri hiss edir və onları dərhəl zibil qutusuna atırlar.

 

ŞƏRH YAZIN