İş həyatında uğur qazanmaq üçün nələri bilməliyəm?

0
2103
İş həyatında uğur qazanmaq üçün nələri bilməliyəm?

- Əgər istənilən bir işdə hədəfi düzgün vura bilmiriksə, seçim etmək qarşısında çətinik yaşayırıqsa, bunun əsas səbəbi elə biz özümüzük yoxsa qarşımıza qoyduğumuz yanlış məqsədlər?  

Karyerizmin bioloji və sosial aspektləri - Məqsədə çatmaq istənilən insan üçün, xüsusilə də karyerada ilk addımlarını atan gənclər üçün vacib amillərdən hesab olunur. Hətta günün yarısının insanın beyninin belə məsələlərlə məşğul olması da təbii proseslərdən birinə çevrilib.

Bir qayda olaraq, insanların əksəriyyəti hər hansı işin dalınca gedərkən böyük gəlir, yüksək statuslu vəzifəni düşünmək vərdişini ata bilmir. 

Bu vərdişlərdən ''yaxa qurtarmağın'' vaxtıdır!

İctimai atmosferdən kənarda qalıb iş mühitinə atılmağa səy göstərməkdən çəkinənlər bu sahədə daha çox problem yaşayır, eyni zamanda, ilk addım atmaqda belə, özünü inamlı aparmır. Ətrafda olanların uğurunu gördükdə belə ya sevinir, ya da daxili məyusluq hislərinə qapanmağa başlayır.

Belə olduğu halda, lazım olan enerjini ortaya qoymadıqda, başqa sözlə, passivlik göstərdikdə, stereotip qəfəsindən çıxa bilmədikdə ruhdan düşmə halları başlayır və bu ruhu düzəltmək üçün güclü olanlar ilə dostluq etmək əvəzinə özünə qapanma baş verir.

Bu streotiplərdən çıxmağın yolu nədədir?

Sevdiyiniz işlə məşğul olmaq ən vacib şərtdir. Sevimli iş sizdə ruh yüksəkliyi yaradacaq, məqsədinizdə inadkar olmağı öyrədəcək. Qarşılıqlı münasibətlər, stimul və səriştəlik sizi iş fəaliyyətinə yönləndirəcək. 

Ünsiyyət mütəxəssisi olun. Hər kəsin baxışına başqa prizmalardan yanaşmaq lazımdır. Düşmən qazanmaq, eləcə də dostlarınızı itirmək istəmirsinizsə, müsahibinizin fikirlərinə hörmətlə yanaşın. Qarşı tərəf haqsız olduqda belə, bunu ona qəti və kəskin şəkildə deməyin. 

Zərurət yoxdursa, heç vaxt haqsızlığını ona xatırlatmayın. Yox əgər onun haqsız olduğunu söyləmək zəruridirsə, bunu yumşaq formada və yavaş-yavaş edin. Təbii ki, ilk növbədə səmimi, mehriban ''ovqat'' yaradın. Onun bir çox məsələlərdə haqlı olduğunu, yalnız hansısa məqamda yanıldığını söyləyin. Bu, Deyl Karneginin təklif etdiyi variantdır.

Çox oxumaq və savadlılıq. Bu sizi həm ünsiyyət prosesində qabaqcıl olduğunuzu göstərəcək, həm də savadlı nitq iş prosesində gələcək həmkarlarınızla olan münasibətləri tənzimləyəcək.

Fərqli olduğunu göstər. Henri Ford deyirdi ki, mənim maşınlarım arasında tamamilə eynisi olmadığı kimi, insanlar arasında da oxşar olanlar mövcud deyil. Bu vaxta kimi Günəş altında heç zaman oxşar heç nə doğulmadığı kimi bundan sonra da doğulmayacaq. Hər bir gənc adam özü haqqında bu cür qənaətə gəlməlidir.                               

Mübahisədə üstün tərəf olmağa çalışmayın. Nəzərə alın ki, bir qayda olaraq, öz fikrində israrlı olan adamlar mübahisə edir. Siz öz fikrinizdə nə qədər israrlısınızsa, qarşı tərəf də öz fikirlərinə bir o qədər inamla yanaşır. 

Əmin ola bilərsiniz ki, qarşı tərəf heç vaxt öz fikrindən dönməyəcək. Onun sizin fikirlərinizlə razılaşacığını isə heç ağlınıza belə gətirməyin. Bunu nəzərə alan Deyl Karnegi «Mübahisədə üstün gəlmək olmaz» müddəasını əsas tutaraq, məsləhət görür ki, mübahisədə qələbə qazanmağın yeganə yolu ondan yayınmaqdır.                          

Uğurun sirrinin nədə olduğunu bilmirsinizsə, oxuyun. Sıfırdan işə başlayaraq bir zamanlar dünyanın ən zəngin neft maqnatı olmuş H.L. Hantdan uğurun sirlərini soruşduqda o cavab vermişdir: "Uğur üçün yalnız 3 şey tələb olunur. Birincisi, həyatdan nə istədiyinizi müəyyən etmək. İkincisi, bu istəyə nail olmaq üçün ödəniləcək haqqı müəyyən etmək. Üçüncüsü və ən vacibi, bu haqqı ödəmək qətiyyəti. Nə istədiyinizi müəyyən etdikdən sonra lazım olan ən əsas amillərdən biri nə qədər ''qətiyyətli'' olmanızdır. Uğurlu adamlar məqsədlərinə nail olana kimi lazım olan haqqı sonuna kimi ödəməyə hazır olurlar".                                                                

Mütəxəssis rəyi.  Charles Schwabın tətbiq etdiyi vasitə.

O deyirdi ki, "İş gördürmək üçün rəqabət hissini oyatmaq lazımdır. Məqsəd hər kəsi mübarizə etməyə sövq etmək deyil. Onları bir-birinə üstün gəlməyə təşviq etməkdir. Üstün gəlmə hissi insanların ruhunu coşdurur. Həyatda müvəffəqiyyətli olan hər insanın ən sevdiyi şey bacaracağı işdir. Çünki bu müvəffəqiyyətdə özünü ifadə edir və bu sahədə dəyərinin üstünlüyünü göstərir. Buna görə də, bir oturuşda bir kilo dondurma yemək, əlli stəkan su içmək kimi mənasız yarışmalar buradan irəli gəlir. Üstün olmaq dəyərini göstərmək insanların ən əhəmiyyətli istəyidir. O halda insanları öz xüsusiyyətlərini ortaya çıxarmaları üçün cəsarətləndirin”.  

Mənim uğurum. Qazanılan bir uğuru dalınca növbəti addımı atmağa tələsmədən irəli getməyə çalışın. Unutmayaq ki, növbəti uğuru qazanmaq üçün davamlı mübarizə qaçılmazdır.

Nəzərə alaq ki, Uğur bizi məqsədə yox, Məqsəd bizi uğura aparacaq!!!
 

ŞƏRH YAZIN