İş yerində bu mahnıları dinləyin

0
1793
İş yerində bu mahnıları dinləyin

Musiqi yayım xidməti Spotify tərəfindən aparılan qlobal tədqiqatın bu gün açıqlanan nəticələrinə görə, iş yerində musiqi dinləmək işçilərin daha xoşbəxt olmasını təmin edir və ofisdəki əhvalı və yaradıcılığı artırır.

İşçilərin demək olar ki, üçdə ikisi (61%) iş yerindəykən musiqi dinlədiyini söyləyir. Siyahının ən üst sırasında Adele (16%) iştirak edərkən, onu ikinci sırada Arctic Monkeys (% 14) və üçüncü sırada folk kvarteti Mumford & Sons (% 13) izləyir.

Yüzlərlə ofisdə araşdırma aparan və musiqinin stresi aradan qaldırdığını və konsentrasiyanı artırdığını təsbit edən, iş yerində musiqi sahəsində mütəxəssis Dr. Anneli Haake ilə əməkdaşlıq edən Spotify-ın araşdırmasına görə, işçilərin üçdə birindən çoxu (36%) musiqinin işçilərin günü yaxşı keçirmələrinə köməkçi olduğunu söyləyərkən, beşdə biri (20%) musiqi dinləməyin "sıxıcı" işlərdən gözəl bir qaçış olduğunu ifadə edir.

Spotify və Dr. Haakenin əhval ruhiyyənizə uyğun ən çox dinlənilən ofis mahnıları siyahısı bunlardan ibarətdir:


- İş yerində olan səs-küydən qurtulmaq üçün:


Do I Wanna Know? - Arctic Monkeys


Dr. Haakeyə görə: "Konsentrasiyanı artırmaq və ofisdəki diqqət dağınıqlığını azaltmaq üçün bir neçə müxtəlif musiqi alətinin istifadə olunduğu və balanslı bir səsi və tempi olan bir musiqi seçin."


- Motivasiya üçün:


We Can't Stop - Miley Cyrus


Dr. Haakeyə görə: "Musiqini motivasiya və ya xəyal qurmağı dayandırmaq üçün istifadə etmək istəyirsinizsə xoşunuza gələn və sizi xoşbəxt edən bir şey seçin - ritmik, hərəkətli və ya dinamik bir şey."


- Konsentrasiya üçün:


Drunk in Love - Beyoncé


Dr. Haakeyə görə: "Diqqəti asan dağılanlar, daha az diqqət dağınıqlığı üçün yaxşı bildikləri bir mahnını dinləməlidirlər."


- Canlandırıcı bir şeylər istəyirsinizsə:


Get Lucky - Daft Punk ft. Pharrell


Dr. Haakeyə görə: "Gərgin iş rejimindən sonra üç dəqiqəlik ən sevdiyiniz mahnı ilə özünüzü mükafatlandırın. Oturacağınızdan qalxın və stresi azaltmaqda əhəmiyyətli olan endorfin sekresiyasını artırmaq üçün qan axımını sürətləndirmək üzrə bir az rəqs edin."

 

ŞƏRH YAZIN