İş Zamanı Bunlara Diqqət Edin

0
1688
İş Zamanı Bunlara Diqqət Edin

İş zamanı makiyajınız gedib. Hər kəsin ortasında makiyaj vasitələrinizi stolun üstünə tökməyin. Yaxud dırnağınız qırılıb. Pis görünsə belə, iş yoldaşlarının yanında dırnağını törpüləmə. Hər iki hal üçün tualetə gedib, orda işinizi tamamlaya bilərsiniz. Ofisin qaranlıq koridorlarından kimin çıxacağı müəyyən olmaz.

Yeməyinizi evdən gətirin
Aşbaz olmadığınız təqdirdə işlədiyiniz masada buterbrod hazırlamayın. Naharınızı və ya günorta yeməyinizi evdən hazır gətirin. İş yoldaşlarınızı qəribə sous və ya basdırma qoxusuna məruz buraxmayın.

Ofisdə ayaqqabınızı çıxartmayın
Ayaqqabılarınız ayağınızı sıxmış ola bilər. Ancaq cəmiyyət içində olduğunuzu xatırlayıb səbr etməyi yoxlayın. Heç kimin kiçik barmaqlarınızı görməsinə ehtiyac yoxdur.

Online shopping saytlarından uzaq durun
E-ticarət saytlarının çox cazibədar qiymətlər təqdim etdiyi aşkar. Ancaq "Belə bir baxıb çıxacağam" düşüncəsiylə açdığınız səhifələr başqaları tərəfindən görülsə, iş əxlaqını tapdalamış olarsınız.

Dostluq saytlarına girməyin
Keçən həftə online chat otağında tanış olduğunuz və eşqbazlıq etdiyiniz adamla ünsiyyətinizə hər kəsin çata biləcəyi şirkət kompüterindən davam etməyin. Belə xüsusi işlərinizi evinizdə öz kompüterinizlə həll edin.

Telefon danışmalarınıza diqqət edin
Ofisdə ən əsəb pozucu şeylərdən biri, qışqıraraq telefonda danışan kəslərdir. Hər kəsin işləmək məqsədiylə olduğu ofisi dözülməz bir hala gətirə bilən yüksək səsli danışmalar diqqət dağıdar. Şifrəli və ya çox batıq səslə danışmaq da təklif edilməməkdədir.

Xəstəsinizsə, evə gedin
Kiçik bir meşəni yox edəcək qədər çox kağız dəsmal istifadə edirsinizsə, xəstəsiniz və evə getməniz hər kəs üçün daha xeyirli olacaq. Davamlı öskürüb asqıraraq ətrafdakıların diqqətini dağıdacağınız kimi digərlərinin xəstələnməsinə də səbəb ola bilərsiniz.

Ofisdə yatmayın
İnsan qaynaqları sizi işə götürərkən şəxsiyyətinizlə birlikdə bir də yastıq vermədisə, ofisdə yatmanızı kimsə gözləmir deməkdir. İşdəki karizmanın və ciddiliyin ən çox pozulduğu anlar yatarkən tutulduğunuz zamanlardır.

Bir öpüşdən zərər gəlməz deməyin
Sevgilinizlə və ya yoldaşınızla eyni iş yerində işləyirsiniz. Ciddiliyi əldən buraxmamaq gərək. Kiçik bir öpüş, sarılma və ya əl-ələ alovlanmaqdan zərər gəlməz deməyin. Hər şeyin bir yeri və zamanı olduğunu unutmayın.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN