İşə Qəbul Olmaq İstəyirsənsə ...

0
1690
İşə Qəbul Olmaq İstəyirsənsə ...

1. Öz keçmişinizi və müraciət məktubunuzu, iş üçün müraciət etdiyiniz şirkətə görə hazırlayın;Standart bir keçmiş, digər müraciət edənlərin arasında fərq yaratmanıza köməkçi ola bilməz. Göndərdiyiniz hər vəsaitin işə götürənin fəaliyyət sahəsinə görə hazırlanmasına diqqət edin.

2. Araşdırmanızı növlərə ayırın; Qəzetlərdəki iş elanlarına cavab yazarkən, eyni zamanda internet saytlarında axtarış edin. Sərgilərə, yığıncaqlara qatılmağa çalışın.

3. Təkbaşınıza hərəkət etməyin; Ailəniz, dostlarınız, köhnə iş yoldaşlarınızın ətrafları olduğunu unutmayın. İş tapmada ən faydalı üsul dost tövsiyəsidir. Əlaqələrinizi yaxşı qurun. Kömək istəməkdən utanmayın.

4. Özünüzə uyğun bir şirkət axtarın; Potensial işə götürənlərinizin veb səhifələrinə baxın, onlar haqqında məlumat toplamaya çalışın. Şirkətlərin, öz mədəniyyətlərinə uyğun işçilər axtardığını gözardı etməyin.

5. Əhvalınızı pozmayın; Mütəxəssislər ortalama bir iş axtarış müddətinin 3-10 ay arasında dəyişdiyini ifadə edir. Bu dövrdə bir çox dəfə rədd edilmiş ola bilərsiniz. İmtina etməyin;xəyallarınızdakı iş oralarda bir yerlərdə sizi gözləyir ola bilər.

6. Daim hazırlıqlı olun; İlk yığıncaq üçün əlinizdən gəldiyincə çox hazırlaşın. Görüşmədən əvvəl, şirkətin məhsulları, markaları, mədəniyyəti, missiyası və vizionu haqqında məlumat sahibi olun.

7. Əsla gecikməyin; Yığıncağın növü nə olursa olsun, hər vaxt ən az on dəqiqə erkən getməyə çalışın. Tıxac, yağış kimi ünsürləri göz önünə alın.

8. Paltar və davranışlarınıza diqqət edin; Ən yaxşı geyiminizi seçin. İş yığıncaqlarında, kostyumun hər vaxt zəmanətli bir seçim olduğunu unutmayın.

9. Danışmaqdan daha çox dinləyin; Bir yığıncaqda gərginsinizsə, çox danışmayın. Susub, dinləyərək strukturu haqqında çox əhəmiyyətli məlumatlar əldə edə bilərsiniz. 

10. Yaxşı suallar verin; Hər görüşmənin sonunda, işə götürən sizə mütləq sual soruşma fürsəti verəcək. Əvvəldən hazırladığınız suallar ilə orada işə həqiqətən istəkli olduğunuz təəssüratı yaradacağınızı bilin.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN