İstefa məktubunu necə yazmaq lazımdır?

0
1010
İstefa məktubunu necə yazmaq lazımdır?

Uğurun ən böyük sirlərindən biri işdən nə vaxt ayrılmaq lazım olduğunu bilməkdir. Düzgün istefa məktubu ilə müdirlə əlaqələrinizə heç bir xələl yetirmədən, işdən ayrıla bilərsiniz.

- Düzgün şəkildə xəbər edin. Yerinizi doldurmaq üçün müdirinizə müvafiq zaman vermək sadə nəzakət qaydasıdır. Əgər işiniz mürəkkəbdirsə, müdirinizin dəyişikliyi yerbəyer etmək üçün vaxta ehtiyacı olacaq. Ən azı 2 həftədən öncə xəbərdar edin. 

- Təşəkkür edin. Nankor biri olaraq xatırlanmaq istəmirsinizsə bunu edin. İş zamanı olan xoş xatirələrinizi yazın. Bu işin sizin karyeranıza necə gözəl təsir etdiyini vurğulayın. 

- Peşəkar olun. Hörmətli və nəzakətli olun. Məktubunuzda hirsli və mübahisəli sözlərdən istifadə etməyin. Peşəkarsınız, buna görə də peşəkar kimi tərk edin. 

- «Sendviç texnikası»nda istifadə edin. Gediş xəbərinizi yumşaltmaq üçün müsbət şərhlər yazın. 


Nümunə: 

Hörmətli *** 

Son 3 il ərzində *** şirkətinizdə işləmək mənim üçün üstünlük idi. Bu məktub 2 həftə sonra üçün bildirişdir. Burada işlədiyim müddətdə qazandığım dəyərli təcrübə və praktik dərslər üçün sizə minnətdaram. 


Hörmətlə: *** Ad Soyad: ***

 

ŞƏRH YAZIN