Karyera sahibi olmanın yolları

0
1952
Karyera sahibi olmanın yolları

Karyera sahibi olmaq üçün verilən zamana uyğunlaşmaq lazımdır. Şirkətlər güvəndikləri insana ehtiyac duyurlar. Zamanlamaya tabe olmamaq professional bir davranış deyil. Ayrıca, digər işçilərin proqramlarına mane olur və müdiri pis vəziyətdə qoyur. Bu səbəbdən aşağıda qeyd olunan nüansları diqqətdən qaçırmayın.

- İş  saatlarında şəxsi işlərlə məşğul olmayın. Şirkətin e-mail və telefon sistemləri şirkət işləri üçündür. Fərdi telefon danışıqlarınızı az və qısa etməyə çalışın. Bəzi şirkətlərin silinən e-poçtların da oxuna bilinəcək infrastrukturu olduğunu unutmayın. Müdirinizin oxumasını istəməyəcəyi heç bir məktubu, şirkət kompyuterindən göndərməyin.

- Riskdən və uğursuzluqdan qorxmayın. Əgər siz özünüzə inanmasanız, kimsə sizə güvənməz. Edə bilərəm rəftarını mənimsəyin və risk edin. Bunu heç etmədim demək əvəzinə, “necə edəcəyimi öyrənim” deməyi seçin. Hər vəziyyətdən bir şey öyrənməyə çalışın. Unutmayın, zamanla riskdən qaçmaq, karyeranızda səhv etməkdən daha çox zərər verəcəkdir.

- Hədəfli bir karyera sahibi olun. Uğursuzluq məqsədinizə çatmaq deyil, çatmaq istədiyiniz hədəfə sahib olmamaqdır. Hədəflərinizi müəyyənləşdirin və onlara nail olmaq yolunda addımlayın. Öncəliklərinizə qərar verin.

- Xarici görünüşünüzə laqeyd yanaşmayın. Xarici görünüşə əhəmiyyət verirlər. İşə uyğun olmayan geyimlərlə və ya görünüşlə getməyin. Vulqar sözlərdən istifadə etməyin. Bacarıqlı, sağlam xarakterli və çalışqan bir insan görüntüsü vermək istəyirsinizsə bu istiqamətdə bir imic yaradın.

- Qeybət etməyin, karyera sahibi insanlar qeybət etməzlər. Harada, kimə nə dediyinizə diqqət edin. Şirkət sirrləri, iş yoldaşlarınızın şəxsi həyatları və ya müdiriniz haqqında boşboğazlıq etməyin. Qeybət işinizə mane ola bilər. 

 

ŞƏRH YAZIN