Müdirlə Münasibətin Yaxşı Olması Üçün ...

0
1625
Müdirlə Münasibətin Yaxşı Olması Üçün ...

1) Özünüzün cavab verə biləcəyi sualları rəhbərinizə verməyin
Hər hansı bir məsələ barədə rəhbərliyin fikrini öyrənəndə özünüzü inamlı hiss edirsiniz. Amma növbəti dəfə bunu etməmişdən qabaq özünüzə sual verin: “Bu sualı məndən daha yaxşı cavablandıran tapıla bilərmi?”. Əksər hallarda cavab, əlbəttə ki, “xeyr” olacaq.
Heç bir kəs işinizin öhdəsindən sizdən yaxşı gələ bilməz.
2) Tez-tez müdirin otağına keçməyin
Hər hansı bir problemi həll etməzdən öncə onun üzərində 10 dəqiqə fikirləşin. Əgər rəhbərinizin otağına keçib problemi dedikdən sonra həlli üsullarını təklif etsəniz, o əsəbiləşəcək.
3) Üzr istəməyin
Bunu etməyin daha doğru yolları var. Üzr istəməyə başlayanda zəif görünürsünüz. Növbəti dəfə səhv edəndə belə bir cümlə işlədin: “Mənə elə gəlirdi ki, bu layihə yaxşı alınacaq” və ya “Növbəti dəfə bunu başqa cür etməyi planlaşdırıram”.
4) Emosiyalarınızı büruzə verməyin
Əgər sizi əsəbiləşdirəcək əmr və ya göstəriş verilibsə, o dəqiqə özünüzdən çıxmayın. Onu bir də nəzərdən keçirin. Xalq arasında “hər  işdə bir xeyir var” ifadəsi təsadüfən işlədilmir. Belə diplomatik addım hamının xoşuna gələcək və yüksək qiymətləndiriləcək.
5) Rəhbərliyi həmişə qiymətləndirin
Əgər rəhbərliyinizin işlə bağlı atdığı hər hansı bir addımı rəğbətlə qarşılamısınızsa, bunu ona deyin. Belə bir etiraf münasibətlərinizin möhkəmlənməsinə kömək edəcək. Ancaq etirafınız səmimi olmalıdır.
6) Aktiv olun
İşlərin gedişatını yaxşılaşdırmaq və sürətləndirmək barədə fikirləriniz, eləcə də yeni layihələriniz çoxdur? Bir halda ki, bu layihələrin həyata keçməsi ilə məşğul olmayacaqsınız, ideya və təkliflərinizin hamısı barədə rəhbərliyə məlumat verməyə ehtiyac yoxdur.

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN