Necə geyinməli?

0
1960
Necə geyinməli?

İş yerində staja başlayanda və ya bir işə girəndə necə paltarlar geyinmək lazımdır?

Şəxsi görünüşünüz gələcəkdə iş potensialınıza və karyera qurmağınıza əhəmiyyətli dərəcədə təsir göstərər. Sizə bu yöndə bir neçə məsləhət verəcəyik:

Pəncək 

Yay mövsümündə geyilə biləcək ən rahat pencək növü gödəkçələrdir. Elə bir pencək seçməlisiniz ki, onu bütün geyimlərinizlə uyğunlaşdıra biləsiniz. Pencəkləri qələm ətəklərlə kombinləşdirsəniz klassik bir görünüş əldə edə bilərsiniz. 

Köynək

Yaxalı köynəklərin sadəcə kişilərə uyğun olduğunu düşünürsünüzsə, bir dəfə də düşünün. Bu köynəklər iş üçün olduqca münasibdir. Öz tərzinizi yaratmağa kömək edəcəkdir. Daha ciddi bir siluet üçün, parça şalvarlar və ya tünd cins və yüksək daban ayaqqabılarla stilinizi tamamlamağa çalışın. 

Qələm ətək 

Qələm ətək iş üçün seçilmiş ən doğru seçimdir.Fərqli kombinlərə həmişə ehtiyacınız ola bilər. Özünü hər kombinlə uyğunlaşdırıb, tam fərqli siluet ortaya çıxaran bu paltar sizin sevimliniz ola bilər. 

Parça şalvar 

Alternativlər sırasında birincilərdən sayıla bilər. Qələm ətəklər qədər parça şalvarlar da ofis kombinlərində istifadə olunur. Hər hansı bir t-shirt və ya köynəklə uyğunlaşdırılan bu şalvarlar, fərqli modelləriylə komfortlu və ciddi bir stil təqdim edir.

Jilet 

Sizə yaraşan bir jilet tapın, hər hansı bir rəngdə və modeldə ola bilər. Jiletlər ofisdə daha bağlı bir görünüş üçün idealdır. Eyni zamanda rəngarəng variantlarıyla ofis üçün trend paltarlardır. 

Ayaqqabı 

Ayağınızın komfortlu olması əhəmiyyətlidir. Filmlərdəki kimi hər səhər ofisə yüksək dabanlı ayaqqabılarla gedə bilməyəcəksiniz. İş vəziyyətiniz buna uyğun olmaya bilər. Gün ərzində ayağınızın rahatlığını düşünərək hərəkət etməlisiniz. Sürətli hərəkət etməyinizə maneə olmayacaq bir ayaqqabı seçin. 


 

 

ŞƏRH YAZIN