Ofisdə şayiə yayılbsa ...

0
1640
Ofisdə şayiə yayılbsa ...

 Bir iş yerində sizin barənizdə bir şayiə yayılarsa və ya həmkarlarınız sizə pis yanaşarsa, reaksiyanız necə olar? Boş verib, üstündən keçərmi yoxsa daha da xiffətlənərsiniz? Əgər cvabınız 2-ci variantdırsa, o zaman özünüzü daha pis hala salmağı seçirsiniz deməkdir. 


Kanadadakı Britaniya Kolumbiyası Universitetinin alimlərinin apardıqları araşdırmanın nəticəsi bunu göstərir. Haqqında dedi-qoduların dolaşdığına şübhə etməyən adam gümanını doğruldacaq sübutları hər vasitə ilə aramağa çalışır.

Lakin bu, iş yoldaşlarını qıcıqlandırır və həmkarların bu adama olan münasibətini pisləşdirir. 

Professor Karl Akinonun dediyinə görə, prinsip etibarilə insanlarda belə davranış təbiidir. "İnsan həmkarlarının onun barəsində nə düşündüklərini daim bilmək istəyir. Xüsusilə də iş yerində sosial tanınma hakimiyyət və maliyyə məsələləri ilə bağlı olarsa. Lakin həmkarlarla normal münasibətlər qurmaq, pis fikirlərdən qurtulmaq gərəkdir. Əks halda dairə qapanacaq".

Alimlərin fikrincə, qeybət və dedi-qodulara qarşı həlimlik, xoş münasibət ən yaxşı "silah"dır.
Araşdırma ilə bağlı geniş hesabat "Organizational Behavior and Human Decision Processes" jurnalında dərc olunub.

ŞƏRH YAZIN