Pis vərdişlər: işdən niyə çıxarda bilərlər

0
2165
Pis vərdişlər: işdən niyə çıxarda bilərlər

Ağlına belə gətirmədiyin biznes ideyalar

Qeyri-adi biznes ideyaları iqnor etməyə gərək yoxdur. Hərdən onlar uğur və çoxlu qazanc gətirə bilirlər. Onlar haqqında bugün söz açacayıq.

Ofis avadanlıqları

Bernard MakKoy – keşiş və Tsisterianslar ordeninə daxil olandır. Üstəlik o, LaserMinks şirkətinin icraçı direktorudur. Bu şirkət printerlər üçün katric istehsalı ilə məşğuldur. Bir gün MakKoyun katrici bitmiş, lakin uyğun qiymətə katric tapa bilməyib. Nəticədə özünə söz verib ki, özünün şəxsi şirkətini açacaq və katricləri münasib qiymətlərə satacaq. Bugün onun müştəriləri sırasında yalnız kilsələr deyil, Morgan Stanley, U.S. Forest Service və bu kimi 50 şirkət vardır. Kiçik şirkət millionlar gətirir.

Dənizanaları

Dyuk Universiteninin dəniz bioloqiyası fakultəsini bitirən Aleks Endon San-Fransiskoya köçərək, Jellifish Art şirkətinə 50 min dollar sərmayə qoymuşdur. Bu şirkət dənizanalarının ev heyvanı qismində satışı ilə məşğuldur. Nəticədə Endon ilin hər kvartalında kapitalını iki dəfə artıra bilib. Dənizanasının biri 39 dollara satılır, burada həmçinin onlar üçün akvariumlar da satılır.

Hədiyyəlik sviterlər

Skedouche – istənilən bayram mövzusuna uyğun sviterlərin satışı ilə məşğuldur. Con Kaplar 2009-cu ildə dostlarına uyğun bayram geyimləri tapmamış və bu işə 40 min dollar qoyaraq böyük uğur qazanmışdır.

Yarışmalarda qalibiyyət

Evdar xanım Kerolin Vilman özünün başını müxtəlif lotoreyalarda oynamaqla qatırdı. Əksər hallarda udduğunu görən qadın 2006-ci ildə “Sınamasanız uda bilməyəcəksiz” kitabını çap elətdirmiş və hal-hazırda müxtəlif uğur gətirən xırdavat satan onlayn internet-maqazini var. Deyilənlərə görə Vilmanın köməyi ilə lotoreyalarda 1 mln dollar pul artıq qazanılmışdır.

Yol işarələri

ABŞ boyu 50 mln maşın parkları mövcuddur. Lakin onların heç birində yol işarələri çəkə bilən biri yoxdur.Kris Kuri, Den Rella və Tom Derrou bundan istifadə edərək, artıq bir neçə ştatda eyni zamanda iş görürlər.

Pendir və incəsənət

The Cheese Lady adını eşitsəniz bilin ki, bu Sara Kauffmandır. Sara ilk əvvəllər Wisconsin dairy pendir şirkətində kreativ reklam ilə məşğul idi. Sonralar qadın özündə heykəltaraş istedanını kəşf etmiş və pendirdən incəsənət əsərləri yaratmağa başlamış. Hal-hazırda bu əsərlər suvenir kimi satılır və sərgilərdə nümayiş etdirilirlər.

Buğdalı balışlar

Kim Levin növbəti millioner olan evdar xanımdır. Kim bir gün eksperiment keçirərək buğdadan balış hazırlamış və mikrodalğalı sobada qızdırmışdır. Nəticədə əla relaks balışı alınmışdır. Sonralar özünə şərik tapan Kim Wuvit şirkəti açmışdır. Evdar xanımlar üçün varlı olmağın yollarından bəhs edən kitabı çap olunmuşdur.

Toy qatarı

ABŞ şirkəti Wedding Wagon sadəcə 129 ABŞ dollarına unudulmaz toy təşkil edə bilir. Bu toy furqonda keçirlir. Onların saytında otel nomrəsini, Las-Veqasda yer, keşiş, fotoqaf, şahid və lazımı hüquqi sənədlərin verilməsini təmin edən bölümlər vardır.

Mürəbbə

Şotlandiyalı iş adamı Frezer Doerti nənəsinin mürəbbələrini o qədər çox sevirdi ki, artıq özü 14 yaşında olanda nənəsinə sifarişlər verirdi. 16 yaşında məktəbi buraxaraq SuperJam şirkətini yaratmış və bugün bu şirkət ildə 500 mindən çox mürəbbə satır. Bazarın 20% məhz onundur. Doerti həmçinin iki kitab buraxmış, SuperJam Tea Parties xeyriyə cəmiyyəti yaratmışdır. Onun məhsulları Şotlandıyanın Milli muzeyində nümayiş elətdirilir.

İtlərin arxasınca yığışdırmaq

Metyu Ossborn hesablamışdır ki, 15 mil ətrafında 100 min it saxlanılır. Bu sahiblərin sadəcə 1% ona itlərinin batırmış yerlərini təmizlədiyinə görə pul versə o, daha da yaxşı yaşayacaq. Nəticədə pooper-scooter.com saytı yaranmış və hal-hazırda 5 min müştəri ilə işləyir.

 

ŞƏRH YAZIN