Satış Və Marketinq Üzrə Menecerlər Üçün Təcrübə Proqramı.

0
3809
Satış Və Marketinq  Üzrə Menecerlər Üçün Təcrübə Proqramı.

 NESS CO şirkəti aşağıdakı vakansiyalar üzrə 

TƏCRÜBƏ PROQRAMI
elan edir:
 
1 Satış meneceri - 2 yer
2 Marketinq meneceri - 2 yer
 
Proqramda tələbələr və Universiteti yeni qurtaran şəxslər iştirak edə bilərlər.
 
Bu bir təcrübə proqramıdır və NESS CO istedadlı gənclərin işlə təmin olunmasına kömək etmək məqsədi ilə, bu proqramı maliyyələşdirir. 
 
İştirakçılar NESS CO-nun müştəri şirkətlərində işləyəcəklər. Bu şirkətlərin təcrübə proqramlarında nəzərdə tutulan əmək haqqından əlavə, NESS CO  bütün iştirakçılara minimum əmək haqqı (110 azn) ödənişini təmin edəcək.
 
Proqramda fərqlənən iştirakçılar daimi iş yeri imkanı əldə edə bilərlər.
 
İştirakçıların təcrübə proqramından qazanacaqları:
 
1. İş təcrübəsi
2. Referans məktubu
3. Daimi iş yeri imkanı
4. Əmək haqqı
 
Namizədlərə tələblər:
-Daim şəxsi inkisafa meyllilik 
-Məsuliyyətli 
-Gərgin iş prossesində işləməyi bacaran və çətinliklərin öhdəsindən gələn 
-Liderlik ve idarəçilik xüsusiyyətləri 
-Müştərilərlə tez bir zamanda ünsiyyət qura bilmək bacarığı 
-Müştəri tələb və təkliflərinin müəyyənləşdirilməsi, daimi təkmilləşdirilməsi 
-Müştərilərlə görüşlər keçirmək,təqdimat və təkliflər hazırlamaq 
-Danışıqların aparılması və yeni əməkdaşlıq müqavilələrinin bağlanmasını həyata keçirtmək 
-Analitik düşünmə qabiliyyəti
 
Proqramın müddəti 2-6 aydır.
 
Təcrübə proqramına qəbul müsabiqə yolu ilə həyata keçirilir.
 
Maraqlanan şəxslər  15 iyun saat 18.00-a qədər nessjob@ness-az.com ünvanına CV göndərə bilərlər. O tarixdən sonra göndərilən CV-lərə baxılmayacaq. 
 
Məlumat üçün əlaqə telefonu : (+99412) 497 03 63
 

ŞƏRH YAZIN