Uğurlu karyera qurmaq üçün 6 addım

0
2085
Uğurlu karyera qurmaq üçün 6 addım

İşdə oturub gələcək üçün planlar qurmaq asandır. Lakin müəyyən məqsədin olması və onun reallaşması üçün fəaliyyət isə tamam başqa şeydir. Bəlkə hərəkətə keçməyin vaxtıdır?

Bir sıra sadə addımlar mövcuddur ki, insanı təqibedici “bəs əgər” hissindən azad edə bilər – çətinliyindən asılı olmayaraq istənilən məqsədi kiçik mərhələlərə bölərək həll edilməsi daha asan olan bir vəziyyətə salmaq olar. Əgər siz öz cari karyeranızdan əmin deyilsinizsə, hiss edirsiniz ki bu sizin yol deyil və ya sadəcə olaraq, hazırki işiniz sizi qane etmirsə, onda növbəti 6 addımın öhdəsindən gəlməyə çalışın.

1. Məqsəd müəyyənləşdirin

Son məqsədə çatılması illərinizi ala bilər, amma nədənsə başlamaq lazımdır. Siz bu ilin sonuna hansı məqsədə çatmaq istədiyinizi təyin edə bilərsiniz, bu işləmək istədiyiniz hər hansı bir vəzifə və ya tamamilə başqa bir sahədə karyera qurmaq ola bilər – bu ağlınıza gələn hər şey ola bilər, yetər ki əsas məqsədi müəyyənləşdirin.

2. Maneələri təyin edin

Sizin məqsədinin əlçatmaz görünə bilər, lakin əlinizi ağdan qaraya vurmadan bir şeyə nail ola bilməyəcəksiniz. Məqsədinizə mane ola biləcək amillərin siyahısını tutun. Bu təhsil, təcrübə, pul, şəxsi həyatda problemlər və bir sıra başqa şeylər də ola bilər. Sadəliyindən asılı olmayaraq bütün çətinlikləri qeyd edin. Onu daha kiçik hissələrə bölün, diqqətlə təhlil edin. Ola bilər ki, hər şey sizin düşündüyünüz qədər çətin deyil.

3. Maneələri addım-addım aradan qaldırın

Sizi məqsədə çatmaq yolunda gözləyən bütün maneələrdən xəbərdar olsanız, onların öhdəsindən gəlmək daha asan olacaq. Yaxşı planlaşdırılmış məqsəd – artıq işin yarısını həll etmək deməkdir. Qarşılaşa biləcəyinizi fikirləşdiyiniz hər bir problemin həll variantlarını da yazın.

4. Kömək istəyin

Üçüncü addımdan sonra siz öhdəsindən gələ bilməyəcəyiniz hər hansı isə bir problemi aşkar edəcəksiniz. Bu normaldır. Indi siz həmin maneələri seçib, onlar rastınıza çıxanda təlaşa düşməmək üçün əvvəlcədən hazırlaşa bilərsiniz. Bu sualları dərindən təhlil edin, ailəniz, dostlarınız, həmkarlarınız və internetdən yardım istəyin. Bu mərhələdə sizin başlıca məqsədiniz problemlərin və onların həllərinin siyahısını tamamlamaqdır.

5. İşin başlanğıcı və prioritetlər

Beləliklə, sizin məqsədiniz müəyyən olunub. Bu məqsədə nail olmaq üçün atacağınız addımların siyahısı da mövcuddur. Hansı bəndin öhdəsindən daha tez gələ biləcəksiniz? Hansı bəndlər əlavə bilik, kömək və səy tələb edir? Konkret addıma nail olmaqda sizi nələr (məhdudlaşdıra bilər) çərçivəyə sala bilər? Bu mərhələdə sizin bütün bəndlər haqda təsəvvürünüz olmalıdır və prioritetləri təyin edə bilməlisiniz.

6. Bu yolda rastlaşacağınız çətinliklərdən qorxmayın

Əslində hər şey siz planlaşdırdığınız kimi getməyəcək. Bir sıra amillər öz düzəlişlərini edə bilər. Onların sizi yolunuzdan döndərməsinə icazə verməyin – yeni amillərə uyğun olaraq öz planınıza düzəlişlər edin. Siz əvvəlki kimi yenə də öz məqsədinizə çata bilərsiniz, sadəcə bu daha çox vaxt ala bilər.

Yuxarıda qeyd edilənləri bütün sferalarda tətbiq edə bilərsiniz. Yəqin ki, bunlar sizə abstrakt gələcək, lakin bu həqiqətən də işləyir. Planlaşdırmanın bu üsulu təkcə işlə bağlı olanları deyil, bir çox məsələləri asanlıqla həll etməyə kömək edəcək. Çoxları məqsədin düzgün müəyyənləşdirilməsi və onlara nail olmaqla, uğurla karyeralarını dəyişdi və yaxşı nəticələrə nail oldular.

 

ŞƏRH YAZIN