Yaxşı CV hazırlamaq üçün nə etməli?

0
4581
Yaxşı CV hazırlamaq üçün nə etməli?

Siz hər hansı bir vəzifəyə namizədliyinizi verərkən tərcümeyi-hal yaxud da CV (latın dilində Curriculum Vitae) yazırsınız. CV- də əsas məqsəd sizi işə götürəni inandırmaqdır, yəni bu vəzifə üçün mən ən doğru insanam, qeyd olunan bütün tələblərə cavab verirəm və s. CV sizin işəgötürənlə yaratdığınız ilk əlaqədir.

CV yazarkən aşağıda qeyd olunanlara əməl etməlisiniz:

Mütləq deyil ki, siz keçdiyiniz bütün kursları qeyd edəsizin, xüsusilə də əgər bunların iddialı olduğunuz vəzifə ilə heç bir əlaqəsi yoxdursa

CV-nin uzunluğu A4 vərəqi ilə 1-2 səhifədən çox olmamalıdır.

CV yaxşı tərtib olunmalıdır, yəni orada orfoqrafik səhvlərə və yanlış məlumatlara yol verilməməlidir.

Əgər CV-ni kompüterdə hazırlayırsınızsa, sadə şrift seçin (məsələn Times New Roman), mətnin hərf ölçüsü 10-12 arası, adı isə 16-nı keçməməlidir.

İşəgötürən iddialı olduğunuz əmək haqqının CV-də göstərilməyini vurğulamayıbsa, siz də bu haqda qeyd etməməlisiniz.

CV-yə fotoşəklin əlavə olunmasının müsbət və mənfi yönləri var: sizin xarici görünüşünüz işəgötürənin fikirlərinə müxtəlif cür təsir edə bilər.

CV-ni hazırlayarkən işəgötürənin CV-də qeyd etmənizi istədiyi məlumatlara fikir verin. Məsələn hər hansı bir şirkət saytında özünəməxsus bir CV forması yaratmış və siz də onu doldurmalısınız, yəni sizin vərəqdə aparacağınız CV onlar üçün lazımsızdır.

CV-də qeyd olunması lazım bilinən növbəti məlumatlar:

1) Qısa bioqrafik məlumat

Ad, soyad

Yaş

Doğum yeri və tarixi

Doğma dil

Cins

Ailə vəziyyəti

Uşaqların sayı və yaşı

Ünvan –yaşadığınız yerin ünvanını qeyd edin, əgər orada qeydiyyatda deyilsinizsə o  zaman qeydiyyatda olduğunuz yerin ünvanını yazın

E-mail ünvanı

Telefon nömrəsi – sizi asan tapa biləcəkləri bir nömrə qeyd etməlisiniz. Əlavə olaraq digər nömrələr də yaza bilərsiniz. Əgər CV-ni digər başqa bir dövlətə göndərəcəksinizsə, o zaman öz ölkənizin beynəlxalq kodunu daxil etməlisiniz

2) Təhsil

Təhsil müəssisəsi

Təhsil müəssisəsinin adı (universitet və ya orta məktəb)

İxtisas və təhsil dərəcəniz (orta, peşə, ali məktəb)

Təhsil müəssisəsinə daxil olma və bitirmə iliniz

Əlavə təhsil/kurslar

Müəssisənin və ya kursun adı

Təcrübədə və ya kursda olduğunuz illər

Əgər müraciət etdiyiniz işin sizin keçdiyiniz kurslarla heç bir əlaqəsi yoxdursa məsləhət olardı ki, bunları qeyd etməyəsiniz

3) İş təcrübəsi

İşə başladığınız və bitirdiyiniz ay, il

İlk və son iş yeriniz

Vaxtilə işlədiyiniz şirkətin adı. Yaxşı olardı müəssisənin iş fəaliyyəti və işçi sayını da qeyd edəsiniz

Tutduğunuz vəzifə və mövqe

4) Dil biliyiniz

Bildiyiniz dilləri qeyd edin

Bildiyiniz dillərin yazı və danışıq səviyyəsinin necə olduğunu qeyd edin. Yalan məlumat qeyd etməyin, çünki onlar sizi müsahibə yolu ilə yoxlaya bilərlər.

5) Kompyuter biliyiniz

İşləməyi bacardığınız kompyuter proqramlarını qeyd edin. Məsələn bunlara MS Office (Excel, Word, PowerPoint, Outlook, Internet Explorer və s.) kimi proqramlar daxildir.

6) Əlavə məlumatlar

Şəxsi mülkiyyətiniz, güclü və zəif tərəfləriniz (ünsiyyət qurma, əməkdaşlıq, təşkilatçılıq, texniki və ədəbi bilik-bacarıqlarınız)

Sürücülük vəsiqənizin olmağı, varsa onu aldığınız tarix, şəhərdaxili sürücülük təcrübəniz

Hobbiniz –  ittifaq, assosiasiya, klublardakı üzvlüyünüz, şəxsi hobbiniz

7) Kəfil

İki kəfil qeyd edin (adı, soyadı, işlədiyi yer, vəsifəsi,e-mail ünvanı, telefonu və sizlə olan əlaqəsi. Həmin şəxsdən sizin onu bu siyahıya daxil etmək və etməmənizi dəqiqləşdirin. Uzaq qohumları bu siyahıda qeyd etməməlisiniz

Kəfil sizin iş fəaliyyətiniz necə olduğunu bilməlidir.

8) Əlavələr

Attestat və ya diplomun nüsxəsi

Nəhayət, sizə yaxın olan bir kəsə CV-ni yoxlatdırın

 

ŞƏRH YAZIN