Satış Necə Edilir?

0
5569
Satış Necə Edilir?

Yeni işə başlayırsınız?Həyəcan və təşviş var... Yeni kollektiv,yeni insanlar,yeni iş rejimi...və s.Bütün bu yeniliklərə necə uyğunlaşacağınızı düşünürsünüzsə,bu tövsiyyələrimiz sizin üçündür.
Əlbəttə ki, bu günə qədər işə gedərkən böyüklərimizdən bu tövsiyyələri eşitmişik:”Heç kəsə baş qoşma!”; ”Qeybət eləmə!”; ”Gəzən şaiyələrə qulaq vermə!”; ”Başını aşağı sal və işinlə məşğul ol!” və s…Düzdür, böyüklərimizin məsləhətlərindən daim faydalanmalıyıq Amma biz sizə bu dəfəlik klassik etalonları bir kənara qoymağı təklif edirik.Belə ki:
1.Uzun müddət aparılan araşdırmalar onu göstərir ki,iş yerində tamamilə şayiələrə qulaq verməyib,sakitcə öz işi ilə məşğul olan insanlar,gün gəlir,özləri şayiə obyektinə çevrilir.Bu halla qarşılaşmaq istəmirsinizsə,şayiə və qeybətlərə qarşı biganə qalmayın. Yeni xəbərləri(şayiələri) eşitdikdə,ən azından gülümsəməklə öz münasibətinizi bildirin.
2.Əvvəl sizin vəzifənizdə işləyən insan haqqında məlumat toplamağa çalışın.Çünki,unutmayın ki,sizdən qabaqkı insan əgər çox yaxşı və işgüzar birisi olubsa,sizi daim onunla müqayisə edəcəklər.Yox,əgər,əksinə,pis işçi olubsa,onda sizə qarşı daha ehtiyatlı davranacaqlar.Bu səbəblə də,özünüzü aydın və şəffaf büruzə verin,kolleqalarınızın sizi,sizin daxili və xarici faktorlarınızı kənardan müşahidə etmələri üçün onlara şərait yaradın. 
3.Yeni iş yerində geyiminizə də xüsusilə,diqqət yetirin.Belə ki, ilk gün işə fərqli,qeyri-adi libasda getməyin.Ən münasibi neytral, gündəlik geyim tərzidir.Növbəti günlərdə kolleqalarınızın geyim tərzini müşahidə etməklə,özünüzə və şirkətə uyğun geyim tərzi seçib istifadə edə bilərsiniz.
4. İlk günlərdə hamı ilə yaxşı münasibət qurmağa çalışın.Xüsusilə də,katibə ilə olan əlverişli münasibət gələcək günlərdə sizin üçün faydalı ola bilər.İş yerindəki dava və konfliktlərə qarşı münasibətsiz olun.Tədqiqatçı olun.Kimin kiminlə və necə münasibətdə olduğunu analiz edin.
5. Dahi Avstraliya psixoloqu Allan Piz işgüzar münasibətlərdə həmişə formal ünsiyyəti önə çəkir.Siz də nahar fasiləsi zamanı kolleqalarınızla qeyri-rəsmi münasibətə girməyin.Evdə olub-bitənlərdən danışmaqdansa,məzuniyyəti harada keçirmək istədiyinizdən söhbət açın və yaxud da işlə bağlı bəzi suallar ünvanlayın.Bir müddət keçdikdən, iş yoldaşlarınızı yaxşı tanıdıqdan sonra, kimə ürəyinizi açıb-açmayacağınızı özünüz, adekvat olaraq, müəyyənləşdirə biləcəksiniz.
Hamınıza iş həyatınızda müvəffəqiyyətlər…

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN