Bizi Biz Edən Kimliklərimiz

0
2125
 Bizi Biz Edən Kimliklərimiz

Oxucu kütləsi:  Sahibkarlar, idarəçilər, peşəkar mütəxəssislər və fərdi inkişafla maraqlananalar. 

Bu mövzu haqqında çox yazmaq olar. Ancaq mövzunu biznes koçluğu nöqteyi-nəzərindən iş dünyası üçün  qısa və sadə dildə izah etməyə çalışacağam.  Oxucular üçün faydalı olacağına inanıram. 
 
Hər insan kimliyindən əvvəl insandır. Bu mükəmməl varlıq özlüyündə mürəkkəb bir sistemdir. Hər bir sistemin hədəfi, onu təşkil edən modulları, modulların funksionallığı və  bunlar arasında  əlaqə olmalıdır. İnsan kim kompleks varlığın aşağıdakı  sistem və modullarını  sadalamaq olar. Hər bir insanın
1.Ruhu                    
2.Şəxsiyyəti
3.Kimlikləri
4.İnanc və dəyərləri
5.Vərdiş və bacarıqlar
6.Davranışları
7.Mühiti var.
 
Yuxarıdakı başlıqların hər biri insan üçün əhəmiyyətlidir. Bunlar həyatımızın bütün sahələrinə təsir göstərir. Bu başlıqların hər birinin karyera və iş həyatına faydaları haqqında ayrıca məqalə yazmaq olar. 
Kimliklərimiz həyatımızdakı statuslarımız, səlahiyyətlərimiz, imtiyazlarımız, vəzifələrimiz və nizamlayıcı sistemlərimizdir. Misal üçün, bir kişinin ailədə 4 əsas kimliyi var: ata kimliyi, oğul kimliyi, ər kimliyi və qardaş kimliyi. İş dünyasında isə sahibkar, idarəçi və işçi kimliklərimiz özünü göstərir. 
Hər bir kimliyin formalaşmasına təsir göstərən əsas amillər inanclar, dəyərlər, fikirlər, vərdişlər, bacarıqlar və mühitdir. Yaranmış kimlik isə özü ilə bərabər məsuliyyətlər, imtiyazlar, vəzifə və öhdəliklər gətirir. 
Kimliklər sadə bir sistem deyil. Həyatımıza birbaşa təsir edib bizi idarə edəcək qədər güclüdür. Belə ki, hər kimlik aktivləşəndə özü ilə bərabər bütün modulları işə salır. Aktivləşmiş kimlik inancları, dəyərləri, vəzifə və öhdəlikləri, düşüncələri, hisslərimizi də oyadır. Nəticədə bacarığımızı, vərdişlərimizi hərəkətə keçirir. Nəticədə bu kimliyə uyğun davranışlarımız ortaya çıxır. Bu da şərti refleksə çevrilir. Beləcə həmin kimliyə uyğun hərəkət edirik. Bunlar qeyri-şüuri baş verir. Buna şüuraltı səviyyəsindəki reflekslərimiz də deyə bilərik.
 
Göründüyü kimi kimlikərimiz həyatımızı nizamlayan amillərdən biridir. Yəni deyə bilərik ki, bizi bir mənada kimliklərimiz idarə edir. Sanki hər bir kimliyin öz sahəsi və öz hakimiyyəti var. Misal üçün, yaxşı tanıdığınız bir insanı  xatırlayın. Həmin insanın övladları, dostları, atası, iş yoldaşları, işçiləri və sinif yoldaşları ilə birlikdə ikən sərgilədiyi davranışlarını yada salın. Kimliklərimizin həyatımızı nizamladığını və idarə etdiyini fərq edəcəksiniz. Əgər siz onun müdiri və işçiləri ilə, atası və övadı ilə, ailəsi və sinif yoldaşları ilə olan davranışlarına baxsanız, kimliklərin təsir gücünü daha yaxşı görəcəksiniz. Böyük bir şirkət müdirinin sinif yoldaşları ilə bir məkanda nə qədər şən və zarafatcıl davrandığını görə bilərsiniz. Diqqətlə baxsanız, onun 16 yaşındakı sinif yoldaşı kimiliyinin təsiri altında hərəkət etdiyinə şahid olarsınız. Kimliklərimiz formalaşdığı yaşda qalır.
Peşəkar iş adamları keçmiş sinif yoldaşları ilə birlikdə ikən onlarda 14 yaşındakı uşaq davranışları görürsünüz. Ya da bir  sahibkarın ata-anasının yanında ikən necə rəftar etdiyinə baxın.
 
Kiçik yaşda formalaşan kimliklər daha güclü və təsirlidir.
Bu səbəbdən iş dünyasında sahibkar və menecerlər qohum-əqrəbalarını öz şirkətlərinə işə götürürlər. Onlar da doğması kimi hərəkət edirlər. Bu vaxt problemlər başlayır. Çünki sahibkar kimliyi onlardan işçi kimi hərəkət istəyir. Bu vaxt sahibkarda rəhbər-qohum-dost, işçidə isə işçi-qohum-dost kimikləri arasında ziddiyyətlər yaşanır. Kimliklər bir-birinə qarışır və nizamlayıcı sistem pozulur, problemlər artır. 
Kimliklərimiz başqalarına bağlıdır.
İşimiz və işçilərimiz varsa, biz sahibkarıq. Biz yaxşı sahibkar olsaq, işimiz və işçilərimiz də o nisbətdə yaxşı olar. Əksi yaxşı işçilərimiz varsa, biz də yaxşı sahibkar olarıq.
 
Kimliklər bir ehtiyacdır.
Kimliklər həyatımızı nizamlayır, harada və necə davranacağımızı bildirir. Ata, ər, övlad, dost, sahibkar və s. hər bir kimlik bizə necə hərəkət edəcəyimizi bildirir, tələb edir.  Bunun əksi problem doğurur. 
İnsanları bir kimlik ilə qiymətləndirmək olmaz.
Yaxşı sahibkar yaxşı menecer olmaya bilər.
 
Kimliklərin gəlişi və gedişi adaptasiya tələb edir. 
Kiçik müəssisədə sahibkarı yoran şey adaptasiyaların çox olmasıdır. 5-6 nəfərlik şirkətdə sahibkar həm qohum, həm qardaş, həm ata, həm müdir, həm mühasib, həm mühasib, həm xəzinədar... həm də satıcıdır.
Sahibkar   müxtəlif  kimlikləri tez-tez dəyişdiyi üçün əziyyət çəkir. Gün ərzində 20-30 dəfə bu kimliklərə girib-çıxırsa, gündə 20-30 dəfə geyim dəyişmiş kimi yorulur.
Sahibkar kimi əhəmiyyətli kimliyin əldən çıxması da adaptasiyanın  şiddətini depressiya dərəcəsinə çıxara bilər.
 
Kimliklərin azı da, çoxu da problemdir.
Az kimik insanın yalnızlıq və dəyərsizlik hissinə qapılmasına, çox kimlik isə əziyyət və yorğunluğa düşməsinə səbəb olar.
Ən güclü kimliyiniz qədər güclü, ən zəif kimiliyiniz qədər zəifsiniz.
Bir sahibkar sahibkar kimliyi ilə güclüdür. Ancaq qadına qarşı isə zəifdir.
 
Bəzən kimliklər bir-birinin yerinə keçir. 
Biz eyni anda bir kimliyi yaşayırıq. Bir kimlik gələndə əvvəlki kimlik gedir. İş yerlərində ən zərərli hal sahibkar, menecer və işçi kimliyinin yerini eqo kimliyinin tutmasıdır. Belə olanda vəzifə yaddan çıxır, iş kənarda qalır. İşin yerini eqo, özünü təsdiq və kaprizlər tutur. 
Gün içərisində müxtəlif  kimlikəri  aktiv yaşamağa bəzən “maska dəyişmək” kimi  yanlış mənalar da yüklənilir. Kimliklər bizim həyatdakı vəzifələrimiz və sosial bağlarımızdır.
Dəyərli oxucular! Arzum budur ki, həyatdakı kimliklərinizin fərqində ola, onları ölçə, vəzifələrinizi layiqincə yerinə yetirə biləsiniz. Kimliklərinizi inkişaf etdirərək şəxsiyyətinizi də kamillərşdirin!
 
Fədai Abdullayev
Business Coach
 
 
 

ŞƏRH YAZIN